Aktauda təyyarə qəzasında həlak olmuş dörd nəfərin nəşi Bakıya gətiriləcək AzPolitika onlayn siyasiictimai qəzet
Icma.az, Azpolitika.az portalına istinadən məlumat yayır.
Qazaxıstanın Aktau şəhərində qəzaya uğrayan "Azərbaycan Hava Yolları" QSC-yə (AZAL) məxsus təyyarədə həlak olan dörd nəfərin nəşi bu gün Bakıya gətiriləcək.
"Report" xəbər verir ki, bunu fövqəladə hallar nazirinin müavini Adil Abdullayev deyib.
Onun sözlərinə görə, həyatını itirən şəxslərin cənazəsi ölkəyə AZAL-a məxsus təyyarə ilə gətiriləcək.
General-mayor bildirib ki, yaralılardan yeddi nəfəri FHN-nin xüsusi təyyarəsi ilə həkim və peşəkar psixoloqların müşaiyəti ilə Bakıya gətiriliblər və onların müalicəsi paytaxtın tibb müəssisələrində davam etdiriləcək.
Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Avialaynerin göyərtəsində olan 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.
Prezident İlham Əliyev çoxsaylı insan itkisindən sonra ölkə ərazisində bir günlük matəm elan olunması ilə bağlı sərəncam imzalayıb.
Eyni zamanda dövlət başçısının tapşırığı ilə təyyarə qəzasının səbəblərinin araşdırılması üçün Baş nazir Əli Əsədovun rəhbərliyi ilə Dövlət Komissiyası yaradılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:126
Bu xəbər 26 Dekabr 2024 19:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















