Aktrisa əməliyyat olundu: Narkoz dan ayılan kimi paxlava istədi
Icma.az, Lent az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Türkiyəli aktrisa Cemre Baysel növbəti dəfə əməliyyat keçirib.
Lent.az xəbər verir ki, bu barədə aktrisa sosial şəbəkə hesabında paylaşım edib.
27 yaşlı aktrisa bir neçə gün əvvəl qadın xəstəliyi ilə əlaqədar əməliyyat olunub. O, tətil planlarını da bu səbəbdən təxirə saldığını bildirib.
Sosial şəbəkə hesabında paylaşım edən Cemre Baysel əməliyyatın uğurla başa çatdığını deyib. Aktrisa zarafatla anesteziyadan ayılan kimi ilk olaraq paxlava yemək istədiyini bildirib.
Qeyd edək ki, Cemre Baysel ötən il də səhhətində yaranan problemlə əlaqədar əməliyyat keçirmişdi. Aktrisanın sinəsində səkkiz il ərzində böyüməyə davam edən şiş cərrahi yolla götürülmüşdü.
Baxış sayı:175
Bu xəbər 23 İyun 2026 19:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















