Aktrisa həkimin səhvinə görə 6 dəfə əməliyyat keçirdi
Unikal.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Məhşur türkiyəli aktrisa Aslı Bekiroğlu mioma əməliyyatı zamanı baş verən ciddi tibbi səhv nəticəsində altıncı əməliyyat keçirib.
"Unikal" xəbər verir ki, aktrisa bu barədə sosial media hesabında paylaşım edib.
Belə ki, Bekiroğlu prosesin düşündüyündən çox ağır keçdiyini və hələ bir əməliyyat daha olacağını açıqlayıb.
Qeyd olunur ki, aktrisanın əməliyyat zamanı bağırsağı yanlışlıqla kəsilib, nəticədə ciddi komplikasiyalar yaranıb. Bu səbəbdən o bir neçə dəfə cərrahiyyə masasına qayıtmalı olub və fiziki, həm də psixoloji olaraq ağır dövr keçirib.
Bekiroğlu bildirib ki, yaşadığı təcrübəni paylaşmaqla oxşar vəziyyətdə olanlara dəstək olmaq istəyir və baş verən tibbi səhvə görə hüquqlarını tələb etmək üçün addım atacaq.
Onun açıqlamaları sosial mediada geniş rezonans doğurub.
Ayxanım Məlikova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:143
Bu xəbər 31 Mart 2026 11:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















