Aktrisadan Rövşən İsax haqqında kəskin sözlər: “Sənin vicdanına tüpürüm…”
Olay.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Aktrisadan Rövşən İsax haqqında kəskin sözlər: “Sənin vicdanına tüpürüm…”
“Hamı qeyrət dağarcığı olub. Aktyorların haqqını yeyən şərəfsiz, şərəfdən, abırdan danışır. Guya Çimnazın yerinə bu qəbir sorğu-sualındadı. Sən camaatın pulu ilə özünə şərait düzəltmisən də. Sən ümumiyyətlə sorğu-sualsız qır qazanında gedəcəksən. Çünki hamının əziyyətinin haqqını yemisən”.
OLAY yazır ki, bu sözləri aktrisa aktrisa Mətanət Eres mərhum həmkarı Çimnaz Sultanovanın dəfninə qatılmamasına dair açıqlama verən rejissor Rövşən İsax haqqında yazıb. Mətanət Eres sosial şəbəkə hesabında rejissorun ünvanına aqressiv fikirlər səsləndirib.
“Gör sən öləndə nə qədər nəhlət yağdıracaqlar. Hələ necə əziyyətlə öləcəksən Allah bilir. Çimnaz yenə “Kelmeyi Şəhadəti” deyə bildi son nəfəsində. Sənə o da qismət olmayacaq alçaq. Tamaşaçı tanımasa da aktyor əhli səni əla tanıyır. Sənin vicdanına tüpürüm...”, - aktrisa həmkarlarının haqqını tapdalamaqda ittiham etdiyi rejissor haqqında yazıb.
Həmçinin aktyor Əjdər Zeynalov da aktrisanın yazdıqları ilə həmfikir olub: “Ən azından Çimnaz xanım heç kimin haqqını yemiyib, heç kimə pislik eləmiyib, heç kimə pul atmayıb, ...Allah rəhmət eləsin”.

Bu mövzuda digər xəbərlər:
Baxış sayı:131
Bu xəbər 19 Yanvar 2025 13:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















