AL: Fənərbağça Niderlandda uduzdu
Fanat portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
UEFA Avropa Liqasının Liqa mərhələsində startı dünən baş tutan IV turu çərçivəsində bu gün daha 17 görüş keçirilib.
Fanat.Az xəbər verir ki, təmsilçimiz "Qarabağ" səfərdə Norveçin "Budyo Qlimt" klubunu 2:1 hesabı ilə yenib.
Türkiyə təmsilçilərindən "Qalatasaray" "Qarabağ"ın rəqiblərindən olan "Tottenhem"i üstələyib "Fənərbağça" isə "Alkmaar"a uduzub.
Qeyd edək ki, IV turun açılış oyununda "Beşiktaş" dünən "Malmö" ilə qarşılaşıb və 2:1 hesabı ilə qalib gəlib.
UEFA Avropa Liqasının Liqa mərhələsində V tura noyabrın 28-də start veriləcək.
UEFA Avropa Liqası
Liqa mərhələsi, IV tur
7 noyabr
“Budyo Qlimt” (Norveç) – “Qarabağ” (Azərbaycan) 1:2
Qollar: Patrik Berq, 41 – Toral Bayramov, 22. Abdullah Zubir, 69.
“Ayntraxt” (Almaniya) – “Slaviya” (Praqa, Çexiya) 1:0
Qol: Marmuş, 53.
“Elfsborq” (İsveç) – “Braqa” (Portuqaliya) 1:1
Qollar: Holten, 84 – Ouma, 67-öz qapısına.
“Styaua” (Rumıniya) – “Midtyulland” (Danimarka) 2:0
Qollar: Tanase, 16. Birliqa, 46.
“Qalatasaray” (Türkiyə) – “Tottenhem” (İngiltərə) 3:2
Qollar: Y.Akgün, 6. Osimhen, 31; 39 – Lankşir, 18. Solanke, 69.
“Ludoqorets” (Bolqarıstan) – “Atletik” (İspaniya) 1:2
Qollar: E.Markus, 20 – İ.Uilyams, 73. Serrano, 74.
“Nitsa” (Fransa) – “Tvente” (Niderland) 2:2
Qollar: Boqa, 66. M.Ço, 88 – Rots, 8. Lammers, 60.
“Olimpiakos” (Yunanıstan) – “Reyncers” (Şotlandiya) 1:1
Qollar: Əl-Kaabi, 56 – Dessers, 64.
“Yunion” (Belçika) – “Roma” (İtaliya) 1:1
Qollar: Makallister, 77 – Mançini, 62.
“Ayaks” (Niderland) – “Makkabi” (Təl–Əviv, İsrail) 5:0
Qollar: B.Traore, 14. K.Teylor, 27. Qodts, 39. Brobbi, 61. Fits-Jim, 69.
“Alkmaar” (Niderland) – “Fənərbağça” (Türkiyə) 3:1
Qollar: Daal, 59. Smit, 75. Kasius, 87 – En Nesiri, 70.
“Dinamo” (Kiyev, Ukrayna) – “Ferentsvaroş” (Macarıstan) 0:4
Qollar: Varqa, 54; 67. Zakariassen, 56. Saldanya, 76.
“Hoffenhaym” (Almaniya) – “Olimpik” (Lion, Fransa) 2:2
Qollar: Gendri, 46. U.Tohumcu, 90+6 – Abner, 66. Lakazette, 90+4.
“Latsio” (İtaliya) – “Portu” (Portuqaliya) 2:1
Qollar: Romanyoli, 45+5. Pedro, 90+2 – Eustakio, 66.
“Mançester Yunayted” (İngiltərə) – PAOK (Yunanıstan) 2:0
Qollar: Diallo, 50; 77.
“Viktoriya” (Plzen, Çexiya) – “Real Soseydad” (İspaniya) 2:1
Qollar: Adu, 13. Vasulin, 90 – Oskarsson, 35.
RFS (Latviya) – “Anderlext” (Belçika) 1:1
Qollar: Ndiaye, 90+6-öz qapısına – Stroeykens, 85.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:136
Bu xəbər 08 Noyabr 2024 02:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















