AL: Qarabağ ÇSKA ya qarşı Heyətlər YENİLƏNİR
Icma.az, Apasport portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bu gün UEFA Avropa Liqasında II təsnifat mərhələsinin ilk oyunları keçiriləcək.
Apasport.az xəbər verir ki, “Qarabağ” Bakıda Bolqarıstanın ÇSKA (Sofiya) klubunu qəbul edəcək.
Qurban Qurbanovun komandası I təsnifat mərhələsində İslandiyanın “Vestri” klubunu hər iki görüşdə 3:0 hesabı ilə məğlub edib.
ÇSKA (Sofiya) isə İrlandiyanın “Derri Siti” komandası üzərində iki oyunun nəticəsinə əsasən 5:3 hesablı üstünlük qazanıb.
Qarşılaşmanı italiyalı FIFA referisi Daniele Kiffi idarə edəcək. Ona həmyerliləri Covanni Bakkini və Alessandro Lo Çiçero kömək göstərəcəklər. Dördüncü hakim funksiyasını Daniele Perenzoni yerinə yetirəcək.
UEFA Avropa Liqası
II təsnifat mərhələsi, ilk oyun
23 iyul
20:00. “Qarabağ” (Azərbaycan) – ÇSKA (Sofiya, Bolqarıstan)
Baş hakim: Daniele Kiffi (İtaliya)
Stadion: Tofiq Bəhramov adına Respublika stadionu.
Qeyd edək ki, komandalar arasında cavab matçı iyulun 30-da Sofiyadakı “Vasil Levski” Milli Stadionunda keçiriləcək.
"Qarabağ": 99. Mateuş Koxalski, 2. Mateus Silva, 55. Bədavi Hüseynov (k), 4. Bense Varkonyi, 5. Bruno Lanqa, 35. Pedro Bikalyo, 8. Marko Yankoviç, 20. Kadi Borges, 21. Aleksey Kaşuk, 10. Abdullah Zubir, 11. Zakariya Savo
Ehtiyat oyunçular: 1. Şahruddin Məhəmmədəliyev, 23. Martin Zlomisliç, 7. Jali Muaddib, 9. Xoni Montiel, 13. Bəhlul Mustafazadə, 22. Musa Qurbanlı, 25. Cebrail Makreskis, 29. Renaldo Sefas, 32. Hikmət Cəbrayılzadə, 44. Elvin Cəfərquliyev, 49. Əli Bəşirov
Baş məşqçi: Qurban Qurbanov,
ÇSKA: 21. Fyodor Lapuxov, 17. Angelo Martino, 14. Teodor İvanov, 32. Fakundo Rodriqes, 2. Pastor, 8. Stefano Sensi, 6. Bruno Jordao (k), 5. Jan-Filip Qbamin, 7. Maks Ebonq, 28. İoannis Pittas, 9. Leandro Qodoy
Ehtiyat oyunçular: 25. Dimitar Evtimov, 3. Tamimu Ouru, 10. Coel Zvarts, 11. Mohamed Brahimi, 19. Andrey Yordanov, 30. Petko Panayotov, 34. Vasil Kaymakanov, 38. Leo Pereyra, 77. Alexandro Pyedrahita, 80. Giorgi Çorbadziyski, 91. Aleks Tuçev, 94. İsak Solet
Baş məşqçi: Xristo Yane
Emin Mahmudovdan Avropada 10-cu qol KL: "Zirə" Estoniya səfərində - YENİLƏNİR Bölgə təmsilçisindən iki yeni transfer Portuqaliyalı hücumçu “Kəpəz”də “Dinamo”nun baş məşqçisi: “Hər şey plan üzrə getdi”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:154
Bu xəbər 23 İyul 2026 19:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















