Ac kölə ağası üçün təhlükəlidir... Mark Anney Lukandan sitatlar
Kulis.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bu gün latın ədəbiyyatının gümüş dövrünün önəmli siması, antik romalı şair Mark Anney Lukanın doğum günüdür.
Kulis.az onun sitatlarını təqdim edir.
Avaralıq və işsizlik həmişə qəlblərdə qərarsızlıq və dəyişkənlik yaradır.
***
Əgər görüləsi bir iş belə qalıbsa, deməli, hələ heç nə edilməyib.
***
Faydadan ədalətə qədər olan məsafə yerlə ulduzlar arasındakı məsafə qədər uzaqdır.
***
Fani olan hər şey təsadüflərə məruz qalır.
***
Uğur qazanan insan heç vaxt elə düşünməməlidir ki, onu öz şəxsi keyfiyyətlərinə görə sevirlər.
***
Güc ədalətin və hüququn meyarında çevrildi.
***
Pompey döyüşlərdən sonra da yaşayır, lakin onun bəxti və taleyi məhv olmuşdur.
***
Cinayət özünə bulaşdırdığı bütün insanları eyni səviyyəyə salır.
***
Həyat üçün nəyin kifayət etdiyini və təbiətin necə də az şeyə ehtiyacı olduğunu öyrənin!
***
Cəsarət, nə qədər böyük olursa-olsun, qorxunun maskasıdır.
***
Ac kölə ağası üçün təhlükəlidir.
***
Səbəblər zənciri kainatın yarandığı ilk andan bəri davam edir.
***
Minlərlə insanın törətdiyi cinayət həmişə cəzasız qalır.
***
Kişilər üçün ən böyük bəxşiş necə ölməyi bilməkdir, ikincisi isə məcburi ölümdür.
Rus dilindən tərcümə etdi: Aydan Ağayeva
Britaniya Muzeyində növbəti qalmaqal: Tsin sülaləsinə aid nadir çini qablar sındırıldı Cenevrədə Ermənistanın Azərbaycana qarşı mina müharibəsinə dair ekspozisiya "Onun sayəsində Latın Amerikasında heç kim əvvəlki kimi yazmağa davam edə bilmir" - Söhbət hansı yazıçıdan gedir?
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 03 Noyabr 2026 12:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















