Icma.az
close
up
RU
Auditoriyada formalaşan bilik sabahın iqtisadiyyatının təməlidir Mürşüd Mehdiyev

Auditoriyada formalaşan bilik sabahın iqtisadiyyatının təməlidir Mürşüd Mehdiyev

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 3 noyabr, AZƏRTAC

Ölkələrin fərqli inkişaf templərinə malik olmasının səbəbləri iqtisad elminin ən qədim tədqiqat mövzularından biridir. Uzun müddət bu sualın cavabı fiziki kapitalda – zavodlarda, yollarda, maşın və avadanlıqda axtarılırdı. XX əsrin ortalarından etibarən isə iqtisadçılar diqqəti başqa bir amilə yönəltdilər: insanın bilik və bacarığına. Bu gün həmin amil “insan kapitalı” adlanır və onun təhsillə birbaşa bağlı olması artıq mübahisə mövzusu deyil.

Bu fikirləri Azərbaycan Texniki Universitetinin Sənaye iqtisadiyyatı və menecment fakültəsinin dekan müavini fəlsəfə doktoru Mürşüd Mehdiyevin AZƏRTAC-a təqdim etdiyi “Təhsil, sənaye və iqtisadi inkişaf: universitet və sənaye birgə işləməlidir” sərlövhəli yazısında yer alıb. Məqalədə qeyd edilir ki, nəzəri əsasın qoyulmasında Teodor Şultsun 1961-ci ildə “American Economic Review” jurnalında çıxan məqaləsi mühüm rol oynayıb. Şults ABŞ iqtisadiyyatındakı artımın xeyli hissəsinin ənənəvi kapital və əmək xərcləri ilə izah oluna bilmədiyini, bu “qalığın” əsasən insanlara qoyulan investisiyalardan qaynaqlandığını göstərirdi. Qari Bekker (1964) bu ideyanı sistemli nəzəriyyəyə çevirdi: təhsilə çəkilən xərc istehlak yox, gələcəkdə gəlir gətirən investisiyadır. Ceykob Mincer (1974) isə hər əlavə təhsil ilinin əmək haqqına təsirini ölçmək üçün bu gün də dünyada geniş istifadə olunan modeli təklif etdi.

1980-ci illərin sonunda formalaşan endogen artım nəzəriyyəsi bu əlaqəni makroiqtisadi səviyyəyə qaldırdı. Robert Lukas (1988) göstərdi ki, insan kapitalı təkcə onun sahibinə deyil, ətrafdakılara da fayda verir: savadlı mütəxəssislər bir yerdə çalışdıqda bir-birinin məhsuldarlığını artırırlar. Klaudiya Qoldin və Lourens Kats (2008) ABŞ-ın XX əsr təcrübəsini “təhsillə texnologiya arasında yarış” kimi təsvir edirlər. Təhsil sistemi texnologiyanın tələb etdiyi bacarıqları vaxtında verə bildikdə həm artım sürətlənir, həm də gəlir bərabərsizliyi azalır. Təhsil geri qaldıqda isə proses əks istiqamətdə gedir. Süni intellekt və avtomatlaşdırmanın əmək bazarını sürətlə dəyişdiyi bugünkü şəraitdə bu müşahidə xüsusilə aktualdır.

Bilik yalnız auditoriyada və laboratoriyada qaldıqda iqtisadi dəyərə çevrilmir

Bu yarışda universitetlər tək addımlamır. Bilik yalnız auditoriyada və laboratoriyada qaldıqda iqtisadi dəyərə çevrilmir; o, istehsalata, məhsula və xidmətə yol tapdıqda məhsuldarlığı artırır. Henri Etskovits və Loet Leydesdorf (2000) müasir innovasiya sistemlərini “üçlü çarx” modeli ilə izah edirlər: universitet, sənaye və dövlət bir-birindən təcrid olunmuş qurumlar kimi deyil, qarşılıqlı təsirdə olan tərəfdaşlar kimi fəaliyyət göstərir. Universitet bilik və kadr yaradır, sənaye bu biliyi tətbiq edib bazara çıxarır, dövlət isə əməkdaşlıq üçün institusional və maliyyə mühiti formalaşdırır. Tərəflərdən biri kənarda qaldıqda “çarx” fırlanmır.

Beynəlxalq təcrübə də eyni nəticəni verir. Almaniyada peşə təhsilinin dual sistemi nəzəri hazırlığı birbaşa müəssisələrdə keçən praktiki təlimlə birləşdirir, Fraunhofer cəmiyyətinin institutları isə tətbiqi tədqiqatların böyük hissəsini sənaye sifarişləri əsasında aparır. Cənubi Koreya, Finlandiya və Sinqapur kimi ölkələrin texnoloji yüksəlişində də universitetlərin sənaye klasterləri ilə sıx inteqrasiyası mühüm rol oynayıb. Bu modellərin ortaq cəhəti odur ki, tədris proqramı, tədqiqat gündəliyi və işəgötürənin ehtiyacı bir-birindən ayrı planlaşdırılmır.

Təbii ehtiyatlar istifadə olunduqca azalır, bilik isə paylaşıldıqca və tətbiq olunduqca artır

Azərbaycan üçün bu müzakirənin praktiki mənası böyükdür. Qeyri-neft sektorunun genişləndirilməsi və iqtisadiyyatın şaxələndirilməsi uzunmüddətli perspektivdə, ilk növbədə, insan kapitalının keyfiyyətindən asılıdır. Təbii ehtiyatlar istifadə olunduqca azalır, bilik isə əksinə, paylaşıldıqca və tətbiq olunduqca artır. Təsadüfi deyil ki, Prezident İlham Əliyevin 2021-ci il 2 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədində rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı beş milli prioritetdən biri kimi müəyyən olunub. Sənaye parklarının, azad iqtisadi zonaların və regionlarda yeni istehsal müəssisələrinin yaradılması isə ixtisaslı mühəndis, texnoloq, logist və menecer tələbatını artırır. Bu tələbatı ödəməyin ən etibarlı yolu kadr hazırlığını sənayenin özü ilə birlikdə planlaşdırmaqdır.

Tələbələrin istehsalat təcrübəsi formal xarakter daşımamalıdır

Universitetlə sənaye arasında əməkdaşlığın konkret formaları məlumdur və onların əksəriyyəti böyük resurs tələb etmir. Tədris planları işəgötürənlərin iştirakı ilə hazırlana, fakültələrin nəzdində sənaye məşvərət şuraları fəaliyyət göstərə bilər. Tələbələrin istehsalat təcrübəsi formal xarakter daşımamalı, buraxılış və magistr işləri sənayenin real problemləri əsasında yazılmalıdır. Sənaye mütəxəssisləri dərs prosesinə, müəllimlər isə müəssisələrdəki layihələrə cəlb olunmalıdır. Birgə laboratoriyalar, müqavilə əsaslı tədqiqatlar və sənaye sifarişli dissertasiyalar biliyin istehsalata ötürülməsini sürətləndirir. Beynəlxalq akkreditasiya standartları da proqramların hazırlanmasında və qiymətləndirilməsində işəgötürənlərin iştirakını əsas tələblərdən biri kimi irəli sürür.

Lakin bu proses birtərəfli ola bilməz. Universitetdən bazarın tələb etdiyi kadrı gözləyən sənaye özü də həmin kadrın hazırlanmasında iştirak etməli – təcrübə yerləri ayırmalı, tədqiqat sifarişi verməli, öz texnoloji və idarəetmə problemlərini universitetlə bölüşməlidir. Əks halda müəssisələr hazır mütəxəssisi kənarda axtarmaq, universitetlər isə real iqtisadiyyatdan uzaq nəzəri hazırlıqla kifayətlənmək məcburiyyətində qalır. Dövlətin rolu isə bu tərəfdaşlığı qrant mexanizmləri, birgə layihələrin maliyyələşdirilməsi və tədqiqata investisiya qoyan müəssisələr üçün stimullarla dəstəkləməkdir. Mühəndislik və iqtisadiyyat ixtisaslarının kəsişməsində hazırlanan kadrlar – istehsalı həm texniki, həm də idarəetmə baxımından anlayan mütəxəssislər – sənayeləşmə siyasəti üçün xüsusi dəyər daşıyır.

Təhsilə yönəldilən vəsaitin nəticəsi bir büdcə ilində görünmür, bəlkə də, buna görə ona tez-tez sadəcə xərc kimi baxılır. Amma yarım əsrlik iqtisadi tədqiqatların nəticəsi birmənalıdır: uzunmüddətli rifahı müəyyən edən əsas amillərdən biri cəmiyyətin nə qədər və necə öyrəndiyi, öyrəndiyini isə nə dərəcədə istehsala çevirə bildiyidir. Bu gün auditoriyada formalaşan bilik sabahın iqtisadiyyatının təməlidir – bir şərtlə ki, həmin auditoriyanın qapısı sənayeyə açıq olsun.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:72
embedMənbə:https://azertag.az
archiveBu xəbər 03 Noyabr 2026 12:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see376

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see319

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see317

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see306

Şaurma, yoxsa burger faydalıdır? Diyetoloq açıqladı

22 Noyabr 2026 02:00see273

Livan Prezidenti İranı topa tutdu Suverenliyimizə müdaxilə edir

22 Noyabr 2026 02:22see246

Xalq artisti görünüşü ilə müzakirə yaratdı (Video)

22 Noyabr 2026 13:22see240

“Şərurlu İsfəndiyar” oğluna dəbdəbəli toy məclisi qurdu (FOTO)

22 Noyabr 2026 03:46see236

Ərzaq malları bahalaşıb

22 Noyabr 2026 13:51see236

Meryem Üzerli Maşa oldu FOTO

22 Noyabr 2026 04:01see234

Biz bu cahana sığmazıq: Aimlər planetin əhalisinin 4 milyarda endirilməsini təklif edirlər

23 Noyabr 2026 01:03see232

Bakıda həbsdə olan şəxsin bağ evində silah sursat aşkarlanıb

22 Noyabr 2026 06:49see216

İdmançı müharibənin ekoloji fəsadlarına diqqət çəkmək üçün Hörmüz boğazını üzüb keçib

22 Noyabr 2026 04:48see214

Şamaxıda Gənclik Yolunda layihəsinin açılış mərasimi keçirilib FOTO

22 Noyabr 2026 16:03see207

Yaşlandıqca gücdən düşməmək üçün həkim ən vacib qaydanı açıqladı

23 Noyabr 2026 05:06see207

Gürcüstanda matəm günü ilə əlaqədar dövlət bayraqları yarıya endirilib

22 Noyabr 2026 03:21see205

Qızıl və gümüş yenə ucuzlaşdı

22 Noyabr 2026 15:36see205

Dodaqların vəziyyəti BU XƏSTƏLİKLƏRDƏN xəbər verir FOTO

22 Noyabr 2026 06:19see203

PSJ ağır zədəsinə baxmayaraq Kvaratsxeliyaya böyük təklif hazırlayır

22 Noyabr 2026 06:14see201

Qəzzada meningit təhlükəsi: Səhiyyə sistemi yeni böhranla üz üzə

22 Noyabr 2026 19:35see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri