İlham Əliyev regional sülhü mütləq Zəfərlə təmin edib Deputat
Icma.az, Redaktor.az portalına istinadən məlumat yayır.
"Azərbaycan azad, suveren və sülhü öz gücü ilə təmin etmiş dövlətdir. Prezident İlham Əliyev faydasız zənciri qıraraq regional sülhü birbaşa döyüş və diplomatiya meydanında mütləq Zəfərlə təmin edib".
Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü plenar iclasında çıxış edən deputat Bəhruz Məhərrəmov bildirdi.
Onun sözlərinə görə, Zəfərin əldə olunmasında Prezident İlham Əliyevin siyasi kursu və rəhbərliyi həlledici rol oynayıb.
Deputat qeyd etdi ki, bu tarixi qələbə xalqın, silahın, əsgərin və liderin böyük uğurudur:
"Dövlət başçısı xalqa yalnız bir dövlət üzərində deyil, bütöv bir qlobal hegemonluq sistemi üzərində qələbə qazandırıb ki, bu da son iki əsrdə nadir rast gəlinən tarixi nailiyyətdir. 44 günlük Vətən müharibəsi xalqımızın tarixində misilsiz hərbi-siyasi Zəfər kimi qalıb.
Mürəkkəb beynəlxalq-siyasi şəraitdə qələbənin nəticələrini qorumaq da onun əldə edilməsi qədər çətin və mühüm vəzifədir. 100 mindən artıq vətəndaşımızın öz ata-baba yurdlarına layiqli qayıdışının təmin olunması və keçmiş işğal zonasının milli iqtisadiyyata reinteqrasiya edilməsi bu gün qazanılan Zəfərin dayanıqlılığının əsas simvoludur".
NURİYYƏ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:71
Bu xəbər 03 Noyabr 2026 12:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















