AL: Toralın qolu turun ən yaxşı qolu adına namizəddir VİDEO
Fanat portalından alınan məlumata görə, Icma.az xəbər verir.
"Qarabağ"ın yarımmüdafiəçisi Toral Bayramovun Norveçin "Budyo Qlimt" komandasının qapısından keçirdiyi qol turun "ən gözəl qolu" adına namizəddir.
Fanat.Az xəbər verir ki, UEFA-nın rəsmi saytı Toralın qolunu UEFA Avropa Liqasının son turunda vurulan digər üç qolla birlikdə səsverməyə çıxarıb.
Toral Bayramovla yanaşı, "Tottenhem"lə görüşdə fərqlənən "Qalatasaray"ın futbolçusu Yunus Akgünün, "Slaviya"nın qapısına yol tapan "Ayntraxt"ın üzvü Omar Marmouşun, İspaniya "Atletik"ini məyus edən Bolqarıstanın "Ludoqorets" komandasının üzvü Erik Markusun qolları da namizəddir.

Azarkeşlər bu qollardan birini seçərək "turun ən gözəl qolu"nu müəyyənləşdirə bilərlər.
Baxış sayı:125
Bu xəbər 08 Noyabr 2024 09:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















