Qarın piyləri qadınlarda diabet riskini 7 dəfə artırır araşdırma
Icma.az, Azpost portalına istinadən məlumat verir.
İsveçin Uppsala Universitetinin tədqiqatçıları qarın nahiyəsində toplanan artıq piylərin sağlamlığa ciddi təsir göstərdiyini müəyyən ediblər. Araşdırmaya görə, xüsusilə gənc qadınlarda qarın boşluğundakı piylənmə 2-ci tip diabet riskini kəskin artıra bilər.
Azpost.info bildirir ki, “ScienceDaily” nəşrinin məlumatına görə, 325 mindən çox könüllünün iştirak etdiyi tədqiqat qarın nahiyəsindəki hər bir kiloqram piyin qadınlarda 2-ci tip diabet riskini 7 dəfədən çox artırdığını göstərib. Kişilərdə bu risk təxminən 2 dəfə yüksəlib. Bununla yanaşı, kişilərdə də maddələr mübadiləsi pozulur və ürək-damar xəstəlikləri ehtimalı artır.
Ən təhlükəli piy hansıdır?
Tədqiqat müəlliflərinin sözlərinə görə, ən təhlükəli piy növü daxili orqanları əhatə edən visseral piydir. Bu piy toxuması maddələr mübadiləsində fəal iştirak edir, iltihab göstəricilərinin yaranmasına səbəb ola bilir. Nəticədə ürək-damar sisteminin fəaliyyəti pisləşir və orqanizmdə insulinə qarşı müqavimət – insulin rezistentliyi inkişaf edə bilər.
Qarın piylərini azaltmaq üçün nə etmək lazımdır?
Mütəxəssislər qarın nahiyəsindəki piyləri azaltmaq üçün kompleks yanaşmanı vacib hesab edirlər.
1. Qidalanmaya diqqət edin
Fastfud, şirniyyat, ağ undan hazırlanan məmulatlar və qazlı içkiləri məhdudlaşdırın. Tərəvəz, meyvə və göyərtiyə üstünlük verin. Paxlalılar, yağsız ət, balıq və dəniz məhsullarını qida rasionuna daxil edin. Zeytun yağı, qoz-fındıq, avokado, balqabaq və kətan toxumlarından istifadə edin. Çay və qəhvəni şəkərsiz içməyə çalışın.2. Fiziki aktivliyi artırın
Hər gün ən azı 30 dəqiqə gəzin. Gəzinti, üzgüçülük və velosiped sürmə kimi orta intensivlikli məşqlər edin. Həftədə 2–3 dəfə güc məşqləri ilə məşğul olun.3. Sağlam həyat tərzi seçin
Gündə ən azı 7 saat yatın. Stressi azaltmaq üçün nəfəs məşqləri, meditasiya və yoqadan istifadə edin. İrsi meyillilik varsa, mütəmadi tibbi müayinələrdən keçin.Avropa Diabetin Öyrənilməsi Assosiasiyasının məlumatlarına istinadən bildirilir ki, metabolik xəstəliklər baxımından yalnız ümumi çəki deyil, piyin bel və qarın nahiyəsində toplanması da mühüm risk amilidir. Mənbədə qadınlarda bel çevrəsinin 80–85 santimetrdən, kişilərdə isə 94–102 santimetrdən çox olmaması tövsiyə edilir.
Beləliklə, qarın nahiyəsindəki piylərin azaldılması təkcə xarici görünüşlə bağlı məsələ deyil. Bu, diabet və ürək-damar xəstəlikləri riskinin aşağı salınması, sağlamlığın qorunması baxımından da əhəmiyyətlidir.
Post navigationPrevious: ABŞ Avropada terror xəbərdarlığı yayıb – Milad yarmarkaları risk altındadır
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:25
Bu xəbər 20 Noyabr 2026 19:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















