Berlində yüzlərlə gənc küçələrə axışdı Mertsin istefasını tələb edirlər
Icma.az, Qafqazinfo saytına istinadən bildirir.
Almaniyanın paytaxtı Berlində yüzlərlə gənc məcburi hərbi xidmətin bərpasına və ölkənin hərbiləşdirilməsinə qarşı etiraz aksiyası keçirib.
“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, nümayiş “Gen Z regelt” (“Z nəsli qərar verir”) gənclər təşkilatı və “Məcburi hərbi xidmətə qarşı məktəb tətili” alyansının təşəbbüsü ilə təşkil olunub.
Məlumata görə, etirazçıların əksəriyyətini məktəblilər təşkil edib. Aksiya iştirakçıları məcburi hərbi xidmətə qarşı çıxmaqla yanaşı, məktəblərin dövlət tərəfindən maliyyələşdirilməsinin artırılmasını, psixoloji yardım xidmətlərinin genişləndirilməsini, iqlimin qorunması tədbirlərinin gücləndirilməsini və yaşayış xərclərinin əlçatan olmasını tələb ediblər.
Nümayişçilər həmçinin Almaniya Kansleri Fridrix Mertsin istefasını istəyiblər.
Etirazçılar “Məcburi hərbi xidmətə yox!”, “Bundesverə nə bir nəfər, nə də bir sent!” və “Merts getməlidir! Büdcə ixtisarlarına, irqçiliyə və silahlanmaya qarşı!” şüarları yazılmış plakatlar qaldırıblar.
Baxış sayı:96
Bu xəbər 20 Noyabr 2026 19:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















