Icma.az
close
up
RU
Alacağınız evin gələcəkdə plana düşüb düşməyəcəyini belə öyrənmək olar

Alacağınız evin gələcəkdə plana düşüb düşməyəcəyini belə öyrənmək olar

Bakupost portalından verilən məlumata əsasən, Icma.az bildirir.


Bakıda şəhərsalma və yenidənqurma layihələrinin genişlənməsi fonunda bəzi ərazilərin gələcəkdə söküntü və ya yenidənqurma zonasına düşə biləcəyi ilə bağlı müzakirələr artır. Bakı şəhərinin 2040-cı ilədək Baş Planı nəqliyyat və sosial infrastrukturun inkişafı, ərazilərin yenidən təşkili, abadlaşdırma və yaşayış fondunun yenilənməsi kimi istiqamətləri əhatə edir. Bu baxımdan, belə ərazilərdən əmlak almaq alıcı üçün həm hüquqi, həm də maliyyə riskləri yarada bilər.

Bəs, vətəndaş ev və ya torpaq almazdan əvvəl həmin əmlakın gələcək şəhərsalma layihələrinə düşüb-düşməyəcəyini necə yoxlaya bilər, söküntü halında kompensasiya hansı prinsiplərlə müəyyənləşdirilir və alıcı öz hüquqlarını qorumaq üçün müqavilə və sənədlərdə hansı məqamlara xüsusi diqqət yetirməlidir?

"Bakupost" xəbər verir ki, məsələ ilə bağlı Sonxeber.az-a açıqlama verən əmlak məsələləri üzrə ekspert Elnur Azadov bunun olduqca qəliz məsələ olduğunu bildirib.

.

"Nəzərə alsaq ki, dövlət hesabına sökülən ərazilər təxminən bəllidir, burada kompensasiya hamıya eyni qaydada verilir. Məsələn, şəhərin mərkəzi hissəsi olmasına baxmayaraq, kompensasiya 2700 manat məbləğində müəyyənləşdirilir. Baxmayaraq ki, həmin ərazidə həm köhnə, aşınmış, ümumiyyətlə yaşamaq üçün yararsız, tam qəzalı vəziyyətdə olan əmlaklar var, eyni zamanda orta səviyyədə, tam aşınmamış, yaşamaq üçün yararlı binalar da mövcuddur. Hətta həmin binalarda yüksək təmirli mənzillər də ola bilər. Gələcəkdə bütün bu əmlakların eyni qiymətlə qiymətləndirilməsi, qəzalı bina ilə təmirli mənzilin eyni səviyyədə tutulması müəyyən risklər yaradır", - deyə o qeyd edib.

Ekspert bildirib ki, buna baxmayaraq, daha əlverişli hesab oluna biləcək ərazilər də var:

"Bunlar tikinti şirkətləri tərəfindən söküntü aparılan ərazilərdir. Lakin hər tikinti şirkətinin söküntü işlərinə öz yanaşması var. Şirkətlərin əksəriyyəti vəsaitə qənaət etməyə çalışır, əlavə sahələrə görə kompensasiya vermir və müxtəlif yollarla vətəndaşlarla razılaşmağa çalışırlar. Yəni burada bir qədər bəxt məsələsi də var. Bu baxımdan, mən bu sektora investisiya etməyi bir qədər riskli hesab edirəm. Amma plana düşəcək və söküntü nəticəsində daha əlverişli əmlak əldə ediləcək ərazilər var".

Onun sözlərinə görə, beşmərtəbəli binaların söküntüyə məruz qaldığı və plana düşdüyü ərazilərdə köhnə mənzillə əvəzində təqdim olunan yeni mənzil arasında sahə baxımından ən azı 20-25 faiz fərq yaranıb:

"Daha müasir əmlak ərsəyə gəldiyinə görə köhnə, plana düşən əmlakla onun əvəzinə verilən yeni əmlak arasında orta hesabla 20-25 faizdən 30 faizə qədər fərq yarana bilir. Bu baxımdan belə ərazilərdə risk daha azdır. Məsələn, standart çoxmənzilli bina, xüsusilə "Xruşşov" tipli beşmərtəbəli bina plana düşərsə, burada riskin daha az olduğunu hesab edirəm".


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:113
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 19 Avqust 2026 13:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see491

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see382

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see359

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see270

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see256

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see255

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see250

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see246

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see238

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see229

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see228

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see225

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see219

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see218

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see206

Baxçalı Bakıya gəlir? AÇIQLAMA

01 Noyabr 2026 03:27see201

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see198

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see184

Məşhur aktrisa film çəkilişi zamanı nənəsinin ölüm xəbərini aldı

01 Noyabr 2026 02:47see183

Azərbaycanda avtomobil bazarı kökündən dəyişəcək

01 Noyabr 2026 10:15see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri