Alan Şirer: “Enso Fernandesin finaldakı səhvi ölkəsinə baha başa gəldi”
Icma.az bildirir, Idman.biz portalına istinadən.
“Nyukasl Yunayted” və İngiltərə millisinin keçmiş hücumçusu Alan Şirer Argentina yarımmüdafiəçisi Enso Fernandesi 2026-cı il dünya çempionatının finalında meydandan qovulmasına görə tənqid edib.
İdman.Biz bildirir ki, həmin oyunda "Albiseleste" İspaniyaya 1:0 hesabı ilə uduzub. Oyun ABŞ-ın İst-Raterford şəhərindəki “MetLife” stadionunda baş tutub.
“Nə böyük axmaqlıq! Fernandes baş verməməli olan qayda pozuntusuna görə meydandan qovuldu. Artıq sarı vərəqə aldığınız zaman belə gərgin oyuna girmək pisdir, amma komandanız 10 nəfərə çatanda... məhz o zaman argentinalılar İspaniyanın qələbəyə yaxın olduğunu anladılar.
Ensonun səhvi ölkəsinə baha başa gəldi. O, İngiltərəyə qarşı möhtəşəm qolla finala çıxmalarına kömək etsə də, səhvi çox ağırdır”, - Şirer bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:129
Bu xəbər 21 İyul 2026 04:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















