Albaniya ilə Azərbaycan arasında idman sahəsində əməkdaşlıq imkanları müzakirə olunub
Icma.az bildirir, Azertag saytına əsaslanaraq.
Bakı, 20 avqust, AZƏRTAC
Gənclər və idman naziri Fərid Qayıbov Albaniya Milli Olimpiya Komitəsinin prezidenti Fidel İlli, Avropa Ağırlıqqaldırma Federasiyasının prezidenti Astrit Hasani və Albaniya Gimnastika Federasiyasının prezidenti Leonard Lulay ilə görüşüb.
Nazirliyin Mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə idman sahəsində əməkdaşlıq imkanları, təcrübə mübadiləsi və müxtəlif idman növlərinin inkişafına dair məsələlər müzakirə olunub. Həmçinin, beynəlxalq yarışların təşkili, əlaqələrin genişləndirilməsi istiqamətində əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparılıb.
Görüşdə Azərbaycan Ağırlıqqaldırma Federasiyasının prezidenti Kamran Nəbizadə də iştirak edib.
Bu mövzuda digər xəbərlər:Azərbaycan ilə QvineyaBisau arasında əməkdaşlıq imkanları müzakirə olunub
02 Dekabr 2024 17:17
Azərbaycan və Qvineya arasında əməkdaşlıq imkanları müzakirə olunub
15 Fevral 2025 16:56
Qazaxıstanla Azərbaycan arasında idman sahəsində əməkdaşlıq müzakirə olundu
20 Noyabr 2024 22:58
Azərbaycanla Albaniya media sahəsində əməkdaşlıq edəcək FOTOLAR
13 Noyabr 2024 12:33
Azərbaycan və Albaniya arasında media sahəsində memorandum
13 Noyabr 2024 11:49
Baxış sayı:109
Bu xəbər 21 Avqust 2025 09:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















