Ermənistan Bakıdan gələn yanacaq təchizatı fonunda yanacaq qiymətlərinin düşəcəyini gözləyir
Icma.az bildirir, Oxumeni.az saytına əsaslanaraq.
Ermənistanda Azərbaycandan gözlənilən yeni neft məhsulları partiyası fonunda benzinin qiymətinin düşəcəyi proqnozlaşdırılır. Oxuməni.az-ın “Sputnik Ermənistan”ın məlumatına istinadən xəbər verir ki, bunu Ermənistanın iqtisadiyyat naziri Gevork Papoyan bildirib.
Onun sözlərinə görə, 2025-ci ildə dəmir yolu ilə Azərbaycan ərazisindən Ermənistana 6 580 ton taxıl daxil olub: onlardan 1 000 tonu Qazaxıstan, 5 580 tonu isə Rusiya mənşəlidir, həmçinin 1 210 ton Azərbaycan benzini gəlib.
Bununla yanaşı, 8 yanvar 2026-cı il tarixinə dəmir yolu ilə Azərbaycan ərazisindən Ermənistana 8 485 ton Rusiya taxılı daxil olub, 4 103 ton isə yoldadır. Eyni zamanda, 7 600 ton Azərbaycan neft məhsullarının, o cümlədən 6 100 ton benzinin və 1 500 ton dizel yanacağının tədarükü gözlənilir.
"Benzin və dizel yanacağının qiymətlərinin əvvəlki ayla müqayisədə litri 80 dramadək düşəcəyi gözlənilir", - nazir qeyd edib.
Gevork Papoyan vurğulayıb ki, bu hadisələrlə əlaqədar olaraq, neft məhsullarının satışı ilə məşğul olan digər şirkətlər də qiymətləri aşağı salmaq üzərində işləyirlər.
Daha əvvəl məlum olub ki, Azərbaycan Ermənistana ikinci və daha böyük bir partiya neft məhsulları göndərəcək.
Xatırladaq ki, ötən ilin dekabrında bir neçə onillikdə ilk dəfə olaraq Ermənistana Azərbaycan benzini gəlib – 1,2 min ton neft məhsulu Gürcüstan ərazisindən daşınıb.
Almaz Həsənli
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:79
Bu xəbər 09 Yanvar 2026 12:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















