Albaniyada tələbələr Təhsil Nazirliyinin binasına od vurublar
Moderator.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Albaniyanın paytaxtı Tiranada etiraz aksiyasında iştirak edən tələbələr Təhsil Nazirliyinin binasına od vurublar.
Moderator.az-ın "Politico" nəşrinə istinadən verdiyi məlumata görə, Təhsil Nazirliyinin binasının birinci mərtəbəsində yanğın baş verib.
Nümayişçilər binaya daş və yandırıcı qarışıqlar olan butulkalar atıblar. Polis isə cavab olaraq gözyaşardıcı qazdan və su şırnaqlarından istifadə edib.
Etirazçılar təhsil haqlarının həddindən artıq yüksək olması, maliyyələşdirmə çatışmazlığı və gənclər arasında kütləvi işsizlik problemlərinin həllini tələb edirlər.
Nümayişçilər Baş nazirin ofisinin qarşısında da "Molotov kokteylləri"ndən istifadə ediblər.
Albaniya polisi iğtişaşlar zamanı altı hüquq-mühafizə orqanı əməkdaşının və bir qadın jurnalistin xəsarət aldığını bildirib. Aksiya iştirakçılarından 23 nəfər saxlanılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:167
Bu xəbər 14 Oktyabr 2026 22:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















