Icma.az
close
up
RU
Menu

Sahibkar ABB dən şikayət etdi

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

ML: 3 cü tur başlayır

Ronaldo dönəmi başa çatır

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

Albaniyadan zəng edərək, məni öldürəcəyi ilə hədələyib

Albaniyadan zəng edərək, məni öldürəcəyi ilə hədələyib

Icma.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq.

Bakının Sabunçu rayonunda 1985-ci il təvəllüdlü Taleh həyat yoldaşı Naziliyə (adla şərtidir – red.) xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin mayın 30-da rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyində baş verib.
Xaçmaz rayon sakini Taleh həmin gün saat 15 radələrində yaşadıqları evlərinin həyətində həyat yoldaşı Nazilənin onunla kobud danışması səbəbindən ailə-məişət zəminində aralarında yaranmış mübahisə zamanı əli ilə onun baş və üz nahiyələrindən bir neçə dəfə vurub.
Talehin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 
İş üzrə ifadə verən Taleh ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, 2011-ci ildə Nazilə ilə ailə həyatı qurub, bu nikahdan üç övladları olub:
“Ailə qurduğumuz vaxtdan etibarən aramızda mübahisələr yaşanıb. Bunun əsas səbəbi isə tez-tez işləmək üçün xarici ölkələrə getməyim olub. Hadisədən təxminən 5 ay öncə Albaniya Respublikasına getdim. Sonra isə Nazilənin məndən boşanmaq istədiyini öyrəndim. Onu fikrindən daşındırmaq istəsəm də, alınmadı. Buna görə də onun qərarını dəyişməyim üçün evə qayıtdım. Bundan sonrakı gün, səhər saatlarında Nazilə məndən pul alaraq bazara getdi. Həmin tarixdə saat 15 radələrində evə qayıtdıqda evin həyətində olarkən gec qayıtdığı və zəngə cavab vermədiyim üçün iradlarımı bildirdim. Bu zaman Nazilə mənimlə kobud danışmağa başladı. Bu zaman aramızda mübahisə yarandı. Mübahisə zamanı qəzəblənərək əlim ilə onun baş və üz nahiyələrindən bir neçə dəfə zərbələr vurdum”.
Zərərçəkmiş Nazilənin sözlərinə görə, ailə qurduqları vaxtdan etibarən aralarında mübahisələr yaşanıb: “Bunun əsas səbəbi isə Talehin tez-tez işləmək üçün xarici ölkələrə getməsi, məni qısqanması olub. Hadisədən bir neçə ay öncə o, Albaniya Respublikasına getdi. Sonra ondan boşanmaq istədiyini deyərək bunun üçün müvafiq orqana müraciət etdiyimi bildirdim. Bundan sonra o, Azərbaycana qayıtdı. Məlum hadisə günü, səhər saatlarında evdən çıxaraq bazara getdim. Həmin tarixdə saat 15 radələrində evə qayıtdım. Evin həyətində olarkən Taleh mənimlə mübahisə etməyə başladı. Ona cavab verdikdə əli ilə bir neçə dəfə üz və baş nahiyələrimdən zərbələr vurdu, məni yerdə sürüdü”. 
Zərərçəkmiş deyib ki, Talehin azadlığa çıxacağı təqdirdə onu öldürəcəyindən qorxur:
“Çünki dəfələrlə Albaniyadan mənə və uşaqlarıma zəng edərək, məni öldürəcəyi ilə hədələyib. Axırıncı dəfə də məni sürpriz gözlədiyini, Azərbaycana qayıdaraq üzümə bıçaqla kəsik atacağını bildirdi. Mən uşaqlarımı da götürərək yaşadığım evdən gedəcəm. Buna görə mənə vaxt lazımdır, boşanmağa müraciət etmişəm. Taleh Albaniyada olduğu müddətdə uşaqlarıma və ya mənə hər hansı maddi dəstək göstərməyib, övladlarıma tək baxıram. Talehlə bir evdə yaşadığımız vaxtlar dəfələrlə məni döyüb, şiddət göstərib. Buna görə dəfələrlə hüquq-mühafizə orqanlarna müraciət etmişəm. Amma sonradan uşaqlarıma görə şikayətimi geri götürmüşəm”.
Sabunçu Rayon Məhkəməsinin hökmü ilə Taleh 3 ay müddətə azadlıqdan məhrum edilib. 
Fariz Məlikli
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:147
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 09 Aprel 2026 16:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see568

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see298

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see293

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see217

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see217

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see216

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see216

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see208

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see204

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see203

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see203

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see203

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see202

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see199

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see199

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see197

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see196

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see195

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see195

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri