Icma.az
close
up
RU
Aldığı soyuducu 300 manat ucuzlaşdı: Bakıda mağaza ilə müştəri ÜZ ÜZƏ

Aldığı soyuducu 300 manat ucuzlaşdı: Bakıda mağaza ilə müştəri ÜZ ÜZƏ

Lent az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakıda bir vətəndaş elektron mağazalar şəbəkəsindən soyuducu alıb. Lakin 11 gündən sonra mağazada endirim olub və həmin soyuducunun qiyməti 300 manat düşüb. Bunu görən şəxs 14 gün ərzində qaytara, yaxud dəyişdirə bilərəm deyərək, mağazaya yaxınlaşıb, endirimli qiymətə almaq istədiyini, əgər dəyişmirlərsə, məbləğdən 300 manatın çıxılmasını və ona qaytarılmasını istəyib. Lakin bu da, baş tutmayıb və mağaza işçisi ilə aralarında mübahisə olub.

Bəs görəsən, vətəndaş heç bir qüsuru olmayan məhsulu 14 gün ərzində dəyişdirib hazırkı qiyməti ilə yenidən ala bilərmi?

Azad İstehlakçılar Birliyinin sədri, iqtisadçı Eyyub Hüseynov Lent.az-a açıqlamasında bu kimi şikayətlərlə çox tez-tez rastlaşdıqlarını deyib:

"Hətta bunun əksi də olub. İstehlakçı mağazadan endirim vaxtı məhsul alıb, onu işlətməyib. Malın qiyməti yüksələndə mağazaya aparıb, qaytarıb, endirimsiz məbləği tələb edib. Lakin qanunvericilikdə bu hallarla bağlı müddəalar əksini tapmayıb. Düşünürəm ki, həqiqətən də burada istehlakçı haqsızdır".

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə Lent.az-ın sorğusuna bildirilib ki, qüsur olmadığı halda məhsulu dəyişdirmək üçün onu istifadə etməmək lazımdır: 

“İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən, lazımi keyfiyyətli qeyri-qida malı öz formasına, ölçüsünə, fasonuna, rənginə görə istehlakçıya yaramırsa və ya digər səbəblərə görə təyinatı üzrə istifadə oluna bilməzsə, istehlakçının onu alındığı yerdə uyğun mala dəyişdirmək hüququ vardır. İstehlakçı malın alınma günü sayılmamaq şərti ilə, 14 gün ərzində həmin malı lazımi keyfiyyətli mala dəyişdirmək hüququna malikdir. Pərakəndə satılan malın dəyişdirilməsi üçün satıcı tərəfindən daha uzun müddət elan edilə bilər.

İstehlakçı tərəfindən əldə edilmiş lazımi keyfiyyətli mal istifadə olunmayıbsa və onun əmtəə görünüşü, istehlak xassələri, plombu, yararlığı, həmçinin mal və yaxud kassa qəbzi ya da ona mal ilə birlikdə verilmiş digər sənədləri saxlanılıbsa, bu hallarda o dəyişdirilə bilər.

Malı dəyişdirmə anında satışda uyğun mal yoxdursa, istehlakçı dəyəri yenidən hesablamaqla istənilən başqa bir malı almaq və ya qaytarılan malın dəyəri məbləğində pulu geri götürmək, ya da satışa uyğun mal gələn kimi onu dəyişdirmək hüququna malikdir. Satıcı malın satışa daxil olduğu gün malın dəyişdirilməsini tələb edən istehlakçıya məlumat verməlidir.

Göründüyü kimi, malın dəyişdirilməsi və qaytarılması ilə bağlı qanunvericilikdə müddəalar nəzərdə tutulmuşdur. Məhsula endirim tətbiq edilməsindən asılı olmayaraq, istehlakçılar malın dəyişdirilməsi və qaytarılması ilə əlaqədar qüvvədə olan qanunvericiliyin tələblərinə riayət etməlidirlər.

Həmçinin iustehlakçılar malın dəyişdirilməsi və ya qaytarılması zamanı problemlə üzləşdikdə malı satan sahibkarlıq subyektinin adı və ünvanı, malın alışını təsdiq edən qəbz və s. məlumatları təqdim etməklə Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə  rəsmi internet səhifəsi ((https://competition.gov.az/az/page/muraciet/erize-sikayet-teklif) və elektron poçt ([email protected]) vasitəsilə müraciət edə bilərlər”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://lent.az
archiveBu xəbər 25 Noyabr 2025 18:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see769

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see210

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see203

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see176

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see162

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see158

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see152

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see149

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see146

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

Arsenal 19 yaşlı istedad üçün külli miqdarda pul ödəməyə hazırdır

08 Yanvar 2026 09:43see137

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see134

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see130

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see129

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see126

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see125

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri