Aleksandar Vuçiç ilə Marko Rubio ABŞ tariflərini müzakirə edəcək
Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Belqrad, 17 sentyabr, AZƏRTAC
Serbiya Prezidenti Aleksandar Vuçiç ABŞ Dövlət katibi Marko Rubio ilə Birləşmiş Ştatların tarif məsələsini müzakirə edəcəyini bildirib.
AZƏRTAC xəbər verir ki, Aleksandar Vuçiç görüşün Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində baş tutacağını deyib.
“Rubio mənimlə görüşmək istədi, hesab edirəm ki, tarif məsələsini həll etmək mümkündür”, - deyə Serbiya Prezidenti qeyd edib.
O, həmin görüşdə ABŞ-ın tarif məsələsini həll etməyin mümkün olduğuna inandığını bildirib.
Qeyd edək ki, ABŞ-ın tətbiq etdiyi yeni gömrük rüsumları Qərbi Balkan regionunda ən çox Serbiyaya mənfi təsir göstərir. Serbiya regionda 35 faizlə ABŞ-ın ən sərt ticarət tarifi ilə üzləşən ölkədir.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Belqrad
Baxış sayı:63
Bu xəbər 17 Sentyabr 2025 15:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















