Qarında piydən xilas olmağın 6 yolu Mütəxəssisdən vacib məsləhət
Icma.az, Azpost portalına istinadən məlumat verir.
Orqanizmin sağlamlığını qorumaq üçün qarın nahiyəsində toplanan piyin iki əsas növü ilə mübarizə aparmaq vacibdir.
Birinci növ dərialtı piydir. O, dərinin altında yerləşir və vizual olaraq görünür. Qarın nahiyəsinə toxunduqda və ya basdıqda hiss etmək mümkündür. Müəyyən miqdarda dərialtı piy orqanizm üçün faydalı olsa da, onun həddindən artıq toplanması yüksək qan təzyiqi, yuxu apnesi, böyrək problemləri və qaraciyərin piylənməsi kimi fəsadlara səbəb ola bilər.
İkinci növ isə visseral piydir. Bu piy qarın boşluğunun dərinliyində, həyati vacib orqanların ətrafında toplanır. O, daha təhlükəli hesab olunur. Çünki xərçəng, insult və ikinci tip şəkərli diabet riskini artıra bilər.
Buna görə də qarın nahiyəsində piyin miqdarını azaltmaq ümumi sağlamlığın qorunması baxımından mühüm əhəmiyyət daşıyır.
“Eat This, Not That!” nəşrinin ekspertləri qarın piyini azaltmağa kömək edə biləcək 6 üsulu açıqlayıblar.
1. Stress səviyyəsini nəzarətdə saxlayın
NFL-in keçmiş oyunçusu, Juke Gyms şirkətinin təsisçisi Cessi Nikassio bildirir ki, stress qarın nahiyəsində piy toplanmasını sürətləndirə bilər. Bunun səbəblərindən biri stress hormonu olan kortizolun ifrazının artmasıdır.
Araşdırmalar göstərir ki, kortizol səviyyəsinin yüksəlməsi iştahanı artırır və bel ətrafında piy yığılmasına şərait yarada bilər.
Mütəxəssis qarın piyini azaltmaq istəyənlərə yoqa və meditasiya kimi rahatlaşdırıcı üsullardan istifadə etməyi tövsiyə edir.
2. Hər gün fiziki aktiv olun
Dignity Health St. Mary xəstəxanasının kardioloqu, doktor Nihil Kapur gündə ən azı 30 dəqiqə fiziki məşqlərə vaxt ayırmağı məsləhət görür.
Lakin təkcə hərəkət etmək kifayət deyil. Normal çəkini qorumaq üçün sağlam həyat tərzi keçirmək və qidalanmaya da diqqət yetirmək lazımdır.
3. Qidalanmada balansı qoruyun
Twin Waves Wellness şirkətinin sağlamlıq üzrə mütəxəssisi, doktor Syuzanna Vonqun sözlərinə görə, gündəlik qida rasionunda zülal, karbohidrat və yağlar balanslı şəkildə yer almalıdır.
Belə qidalanma kortizol səviyyəsinin tənzimlənməsinə kömək edə və qarın nahiyəsində piy toplanması riskini azaltmağa şərait yarada bilər.
4. Porsiyaların ölçüsünə nəzarət edin
Piylənməyə nəzarət üzrə mütəxəssis İsla Zyaer qida porsiyalarının tədricən azaldılmasını tövsiyə edir.
Bir çox insan qidalanma rejimini birdən-birə və kəskin şəkildə dəyişməyə çalışdığı üçün uğursuzluqla üzləşir. Mütəxəssis hesab edir ki, sevimli yeməklərdən tamamilə imtina etmək əvəzinə, onların miqdarını mərhələli şəkildə azaltmaq daha məqsədəuyğundur. Bu, orqanizmin yeni qidalanma rejiminə uyğunlaşmasına imkan verir.
5. Özünüzə dəstək mühiti yaradın
İsla Zyaer arıqlamaq istəyənlərə məqsədlərinə çatmaq üçün onları dəstəkləyən insanlarla ünsiyyətdə olmağı məsləhət görür.
Bu insanlar dostlar, iş yoldaşları və ya onlayn icmaların üzvləri ola bilər. Əsas məqsəd bir-biri ilə yarışmaq deyil, prosesin hər mərhələsində qarşılıqlı dəstək göstərməkdir.
6. Pəhrizi fərdi xüsusiyyətlərinizə uyğun seçin
Doktor Nihil Kapur qeyd edir ki, sadalanan tövsiyələr hər kəs üçün eyni dərəcədə uyğun olmaya bilər.
Məsələn, infarkt keçirmiş və ürək-damar xəstəliklərindən əziyyət çəkən insanlar fiziki yük seçərkən daha diqqətli olmalıdırlar. Belə şəxslər fərdi qaydada hazırlanmış reabilitasiya proqramlarına əməl etməlidirlər.
Sunay
Post navigation
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:122
Bu xəbər 02 Noyabr 2026 20:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















