Bölgələrdə sertifikatlı toxum satışı təşkil olunacaq
Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.
Bakı, 2 noyabr, AZƏRTAC
“Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nda toxumla özünütəminat səviyyəsinin yüksəldilməsi əsas hədəflərdən biri kimi müəyyən edilib. Bu istiqamətdə fermerlərin keyfiyyətli və sertifikatlı toxumlara əlçatanlığının artırılması, xüsusilə toxum təminatının məhdud olduğu rayonlarda satış imkanlarının genişləndirilməsi məqsədilə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi (AXA) tərəfindən “Aqroservis” ASC ilə birgə bölgələrdə satış tədbirləri həyata keçirilir.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, sertifikatlı toxum satışı “Aqroservis” ASC-nin Neftçala, Ucar, Sabirabad və Şəki bölmələrində, həmçinin İsmayıllı rayonunda “İvanovka Aqroparkı”nın ərazisində təşkil olunacaq. Satış Neftçalada noyabrın 3-də, Ucarda 4-də, Sabirabadda 5-də, Şəki və İsmayıllıda isə 6-da keçiriləcək. Fermerlərə müxtəlif sortlarda sertifikatlı arpa və buğda toxumları təqdim ediləcək.
Satış məntəqələrinin yaradılması zamanı rayonların əkin sahələrinin həcmi, mövcud toxum satışı və fermerlərin tələbatı nəzərə alınıb. Əkin sahələri geniş, lakin toxum satışının məhdud olduğu rayonlara üstünlük verilməsi fermerlərin toxumla təminatını asanlaşdıracaq, onların vaxt və nəqliyyat xərclərinə qənaət etməsinə, eləcə də ehtiyac duyduqları toxumları yaşadıqları bölgələrdə daha rahat əldə etmələrinə imkan yaradacaq.
Qeyd edək ki, toxum istehsalçıları barədə məlumatlar AXA-nın rəsmi veb-saytında da yerləşdirilib. Məlumatlarda istehsalçıların adı, əlaqə nömrəsi, istehsal etdikləri bitki növü və sortu, toxumun reproduksiyası, eləcə də fəaliyyət göstərdikləri rayon əks olunub. Bu məlumatlar fermerlərə ehtiyaclarına uyğun sertifikatlı toxum istehsalçılarını seçmək və onlarla birbaşa əlaqə saxlamaq imkanı yaradır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:77
Bu xəbər 02 Noyabr 2026 20:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















