İstefası rədd edildi
Qafqazinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Belçikada 2027-ci ilin dövlət büdcəsi ətrafında yaşanan dərin fikir ayrılıqları koalisiya hökumətini dağılmaq həddinə çatdırıb. Ölkənin maliyyə vəziyyətini sabitləşdirmək üçün 10 milyard avroluq qənaət paketini tərəfdaşlarına qəbul etdirə bilməyən Baş nazir Bart De Vever istefa ərizəsini təqdim etsə də, Belçika Kralı Filipp bu tələbi rədd edib.
“Qafqazinfo” xəbər verir ki, siyasi böhranın əsasında dövlət borcunun təhlükəli həddə çatması dayanır.
“Avrostat”ın məlumatlarına görə, 2026-cı ilin ikinci rübünün sonunda Belçikanın dövlət borcu ÜDM-in 110,2 faizinə bərabər olub, Mərkəzi Bank isə ilin sonunadək bu göstəricinin 111,3 faizə çatacağını proqnozlaşdırır. Ölkə maliyyəsini xilas etmək məqsədilə Baş nazir De Vever oktyabrın sonunda səhiyyə xərclərinin 2 milyard avro azaldılmasını, standart ƏDV dərəcəsinin 21-dən 22 faizə qaldırılmasını və bəzi güzəştli ƏDV dərəcələrinin (6% və 12%) 9 faizlik vahid dərəcədə birləşdirilməsini nəzərdə tutan sərt islahat paketi təklif edib. Lakin koalisiya tərəfdaşları ilə aylarla davam edən danışıqların boşa çıxması noyabrın 2-də Baş naziri istefa addımı atmağa sövq edib.
Kral Sarayında De Veverlə görüşən Kral Filipp koalisiyanı təşkil edən 5 partiyanın liderləri ilə təmaslardan sonra danışıqların dərhal bərpa olunmasını əmr edib. Saraydan verilən rəsmi bəyanatda liderlərin kompromis əldə etmək üçün güzəştlərə hazır olduqları və sosial həmrəyliklə iqtisadi artım arasında tarazlıq tapmağa söz verdikləri vurğulanıb. Erkən parlament seçkilərinin qarşısını almaq tapşırığı alan Baş nazir De Vever bərpa edilən danışıqların yekun nəticələrini noyabrın 16-da Krala təqdim edəcək.
Baxış sayı:115
Bu xəbər 07 Noyabr 2026 03:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















