Icma.az
close
up
RU
Aleksandr Vatan: Azərbaycanlılarla bağlı araşdırmaların davam etdirilməsi vacibdir

Aleksandr Vatan: Azərbaycanlılarla bağlı araşdırmaların davam etdirilməsi vacibdir

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Paris, 27 iyun, AZƏRTAC

“26 İyun- Silahlı Qüvvələr Günündə 80 il əvvəl İkinci Dünya müharibəsində faşizm üzərində qələbədə azərbaycanlıların qəhrəmanlıqlarını xatırlayırıq. Səfir Leyla Abdullayeva Fransanın azadlığı uğrunda qəhrəmanlıq göstərmiş azərbaycanlıların rəşadətini əks etdirən sərgi fikrini mənə bildirdi. Mən də bu sərginin təşkilində iştirak etdim. Burada yalnız qəhrəman Əhmədiyyə Cəbrayılovun deyil, digər minlərlə azərbaycanlılardan bəzilərinin keçdiyi döyüş yollarını əks etdirən materiallar topladıq”.

Bu fikirləri Parisdə Fransa Müqavimət Hərəkatında bu ölkənin azadlığı və müstəqilliyi uğrunda mübarizə aparmış azərbaycanlıların xatirəsinə həsr edilmiş foto-sərginin təşkilatçısı fransız tarixçi Aleksandr Vatan AZƏRTAC-a müsahibəsində deyib:

“Fransada Azərbaycanlı partizanlarla bağlı ilk dəfə belə bir sərgi təkil olunur. Təəssüf olsun ki, bu günə qədər Fransanın azadlığı uğrunda vuruşan azərbaycanlı partizanlarla bağlı çox az araşdırmalar aparılıb. Azərbaycanlı əsgərlərdən yalnız Əhmədiyyə Cəbrayılov haqqında fransız dilində ilk kitab dərc olunub. Bu kitab yəqin tezliklə Azərbaycan dilində də dərc olunacaq”.

Onun sözlərinə görə, sərgi bir neçə azərbaycanlı partizanın həyat yolunu qısa da olsa əks etdirir: ”Sərgidə xüsusilə Şarl de Qollun Bakı səfəri vurğulanır. Bakı İkinci Dünya müharibəsində ən vacib geosiyasi və strateji məkan olub. Xüsusilə, Hitler Bakıya qədər gəlmək və Bakı neftini ələ keçirməyi düşünürdü. Bununla Hitler müharibənin gedişatını dəyişmək istəyirdi”.

A. Vatan Fransanın azadlığı uğrunda mübarizə aparmış azərbaycanlılarla bağlı araşdırmaların davam etdirilməsinin vacibliyini bildirib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:146
embedMənbə:https://azertag.az
archiveBu xəbər 27 İyun 2025 14:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see399

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see383

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see313

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see308

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see233

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see217

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see215

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see213

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see206

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see203

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see193

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see190

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see188

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see182

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see181

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see180

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see178

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see174

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see165

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri