Aleksey Overçuk: RusiyaAzərbaycan sərhədindən yükdaşımaların həcmi 5 dəfə artıb AZƏRTAC
Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Moskva, 29 noyabr, AZƏRTAC
Rusiya-Azərbaycan sərhədindən yükdaşımaların həcmi 5 dəfə artıb. Rusiya hökuməti beynəlxalq buraxılış məntəqələrinin modernləşdirilməsinə böyük diqqət yetirir. Elə dünən RF Hökumətinin sədri Mixail Mişustin bu məsələni qaldırıb.
AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə Moskvada keçirilən MDB İqtisadi Şurasının 104-cü iclası çərçivəsində Rusiya Hökuməti sədrinin müavini Aleksey Overçuk bildirib. O, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin qitəmizin şimal bölgələri, Şərq və Qlobal Cənub ölkələri arasında təkmilləşdirilmiş əlaqəni təmin edən əsas istiqamət olduğunu vurğulayıb.
“Rusiya hökumətinin yeni tərkibində ilk dəfə olaraq nəqliyyat və logistika komponentlərinə cavabdeh olan Baş nazirin müavini vəzifəsi təsis edilib. “Şimal-Cənub” dəhlizi qitənin şimalı, Şərq ölkələri və Qlobal Cənub arasında əlaqəni təmin edən ən mühüm istiqamətlərdən biridir. Söhbət cənub istiqamətinə yeni marşrutların, yeni beynəlxalq nəqliyyat dəhlizlərinin yaradılmasından və inkişafından gedir. Biz bu problemi hərtərəfli nəzərdən keçiririk. Bu, Qara dəniz, Cənubi Qafqaz və Xəzər regionlarına aiddir”, -deyə Overçuk bildirib.
Rusiya hökuməti başçısının müavini qeyd edib ki, Rusiya həm də Xəzər dənizinin sahili ilə Rusiya-Azərbaycan ərazisindən keçən və daha sonra İrana gedən qərb marşrutunu fəal şəkildə inkişaf etdirir.
A.Overçuk vurğulayıb: “Bu istiqamətdə çox fəal iş gedir. Bununla yanaşı, burada artıq Azərbaycandan keçməklə Rusiya-İran sərhədini birləşdirən avtomobil marşrutu – müasir yol mövcuddur. Bu yol artıq fəaliyyət göstərir və Rusiya-Azərbaycan sərhədindən yükdaşımaların həcmi 5 dəfə artıb. Hökumətimiz beynəlxalq buraxılış məntəqələrinin təkmilləşdirilməsi və modernləşdirilməsinə böyük diqqət yetirir”.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:143
Bu xəbər 29 Noyabr 2024 15:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















