“Eşq istəyirəm, pulum çoxdur” deyən Bülent Ersoyun sərvəti açıqlandı Siyahı
Qafqazinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Məşhur türkiyəli müğənni Bülent Ersoy nəhəng sərvəti ilə yenidən gündəmə gəlib.
“Qafqazinfo” xəbər verir ki, divanın Türkiyə daxilindəki əmlakları və sərvəti müzakirələrə səbəb olub.
Məlumata görə, sənətçinin təkcə İstanbulda tam 28 mənzili var. Üstəlik, müxtəlif şəhərlərdə yerləşən 4 ədəd ultra lüks villa da onun mülkləri siyahısındadır.
Bundan başqa, diva investisiyalarını təkcə evlərlə məhdudlaşdırmayıb. Belə ki, onun Marmarisdə dəniz kənarında şəxsi adası, Fethiyedə yanacaqdoldurma məntəqəsi və İstanbul Fenerbahçedə şəxsi saunası fəaliyyət göstərir. Bodrum, Antalya və İzmirdə də villaları olan Bülent Ersoyun nağd pul ehtiyatı və zinət əşyalarının ümumi dəyərinin 60 milyon dollardan çox olduğu bildirilir.
Xatırladaq ki, sənətçi daha əvvəl verdiyi açıqlamada “Eşq istəyirəm, pulum çoxdur, xərcləməyə yer axtarıram. Yaraşıqlı olsa, olar, bu qədər pulu kimə qoyub gedəcəyəm?” deyərək bütün diqqətləri üzərinə çəkmişdi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:61
Bu xəbər 30 Yanvar 2026 01:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















