Icma.az
close
up
RU
Aleksey Xlopotov: “Bakı ilə hərbi sahədə yarışmaq cəhdi Ermənistandakı revanşist qüvvələr üçün belə mənasızdır” KONKRET

Aleksey Xlopotov: “Bakı ilə hərbi sahədə yarışmaq cəhdi Ermənistandakı revanşist qüvvələr üçün belə mənasızdır” KONKRET

Konkret.az saytına istinadən Icma.az xəbər verir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya televiziyasına müsahibəsində Ermənistanın silahlanmasının Bakını ciddi narahat etdiyini deyib. Prezidentin sözlərinə görə, Ermənistanın silahlanma yarışı fəlakətli yoldur və İrəvan buna tab gətirməyəcək. İrəvan silahların böyük hissəsini Qərbdən pulsuz və ya kreditlə alsa da Bakı ilə rəqabətə girə bilməz. “İkinci Qarabağ müharibəsinin və 2023-cü ilin sentyabrında keçirilən antiterror əməliyyatının nəticələri onlar tərəfindən unudulmamalıdır”, – deyə Azərbaycan Prezidenti qeyd edib. İrəvan silahlanma yarışı və qisas yolunu seçərkən nə düşünür? O, kimin dəstəyinə arxalanır? Rusiyalı hərbi ekspert Aleksey Xlopotovun fikrincə  , Ermənistanın sadəcə olaraq silahlanma yarışı məsələsində kifayət qədər gücü və pulu yoxdur: “Ermənistanın Qərbə doğru can atması açıq-aşkar onları fəlakətə sürükləyir. Xüsusən də Paşinyanın KTMT ilə münasibətləri dondurmaq barədə bəyanatlarından sonra. Yəni mənim fikrimcə, Ermənistanın baş naziri praktiki olaraq aydın şəkildə bəyan etdi ki, geriyə dönüş yoxdur. Yaxşı, belə çıxır ki, İrəvan öz mühafizəsini kiməsə həvalə etməlidir. Ermənistan burada  Fransanı seçir. Lakin aydındır ki, bu cür sövdələşmələr birtərəfli ola bilməz. İrəvan da Parisin iştahını ödəmək üçün bu cür dəstəyə nəyisə qurban verməlidir”.

Rusiyalı ekspertin fikirincə Ermənistanın fransız silahlarını alması bir növ siyasi örtüyü dəyişməyə hesablanıb:

“Çünki Ermənistana Fransa silahlarının tədarükü qətiyyən heç nəyi həll etməyəcək. 100 top və 300 tankın alınması Azərbaycanın hərbi potensialı ilə müqayisədə güc balansını dəyişməyəcək. Azərbaycanın bu sahədə Türkiyə və İsraillə əməkdaşlığını nəzərə alsaq, Ermənistanın yeni cəhdləri gülməli görünür.  Ona görə də Azərbaycanla yeni müharibə, Bakı ilə yarışmaq cəhdi, məncə, Ermənistandakı ən revanşist qüvvələr üçün belə mənasızdır. Onların bu addımı  daha çox daxili təbliğata hesablanıb. Bununla əhaliyə nümayiş etdirilir ki, Ermənistan bütün hərbi uğursuzluqlara baxmayaraq, öz siyasətini yenidən formatlayıb və Qərb silahlarının gücü ilə təhlükələrə tab gətirə bilir. Mənə elə gəlir ki, sülh müqaviləsinin imzalanması məsələsi yubanacaq, çünki Ermənistanda hələ də müəyyən revanşist əhval-ruhiyyə var. Çünki həm Rusiyada, həm də Ermənistanda zombiləşdirilmiş jinqoistlər var və bütün dinc təşəbbüslər belə insanlardan əziyyət çəkir”.

Vəli Həsənoğlu,

KONRET.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://konkret.az
archiveBu xəbər 20 Dekabr 2024 14:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see307

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see228

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see224

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see194

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see182

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see178

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see165

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see161

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see160

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see160

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see159

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see158

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see156

Qızıl daha da bahalaşdı QİYMƏTİ 4900 DOLLARI DA KEÇDİ

22 Yanvar 2026 23:57see154

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see149

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see146

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see145

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see144

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see143

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri