Aleksis Sançes, Arturo Vidal və oyundaşları ardıcıl 3 cü dəfə mundialdan kənar qalıblar
Idman.biz saytından alınan məlumata görə, Icma.az bildirir.
DÇ-2026-nın Cənubi Amerikadakı seçmə turnirinin 16-cı turunda Çili millisi Boliviyaya 0:2 hesabı ilə məğlub olub.
İdman.biz xəbər verir ki, bununla da Aleksis Sançes və Arturo Vidalın çıxış etdikləri komanda mundiala çıxmaq şanslarını itirib və ardıcıl üçüncü dünya çempionatını buraxacaq.
16 oyundan sonra Çili 10 xalla turnir cədvəlinin sonuncu - 10-cu pilləsində qərarlaşıb.
Cənubi Amerika zonasında ilk altı komanda mundiala birbaşa vəsiqə qazanır, 7-ci yeri tutan isə qitələrarası pley-offda oynayacaq.
Çili millisinə gəlincə, DÇ-2010 və DÇ-2014-də 1/8 finala çıxmağı bacaran komanda ondan sonrakı üç mundialın seçmə mərhələsində 6-cı yerdən yuxarı nəticə göstərməyib:
DÇ-2018: 6-cı yer
DÇ-2022: 7-ci yer
DÇ-2026: 10-cu yer
Bu üç seçmə turnirdə çilililər mümkün 156 xaldan cəmi 55 xal qazanıblar ki, bu da cəmi 35% təşkil edir.
İdman.biz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:133
Bu xəbər 11 İyun 2025 16:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















