Amerikalı ekspert: Cənubi Qafqaz Azərbaycanın fəal rolu sayəsində daha böyük geosiyasi muxtariyyətə doğru irəliləyir
Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.
Bakı, 26 dekabr, Tamilla Məmmədova, AZƏRTAC
Cənubi Qafqazda xarici təminatların zəifləməsi fonunda daha muxtar geosiyasi məkan formalaşır və Azərbaycan bu prosesin əsas hərəkətverici qüvvələrindən biri kimi çıxış edir.
Bu fikri AZƏRTAC-ın “Azərbaycan və dünya” proqramının növbəti buraxılışında ABŞ-ın milli təhlükəsizlik və beynəlxalq münasibətlər sahəsində eksperti İrina Tsukerman bildirib.
O, hesab edir ki, Azərbaycanın iqtisadi resursları, enerji potensialı və fəal diplomatiyası regional müstəqilliyin əsasını formalaşdırır. Ölkənin coğrafi mövqeyi onu Şərqlə Qərb arasında təbii qovşağa çevirir və bu da Bakının nəqliyyat, logistika və enerji layihələrində rolunu gücləndirir.
Onun qiymətləndirməsinə görə, siyasi müstəvidə Azərbaycan postmünaqişə reallığını idarə etmək qabiliyyətini nümayiş etdirir və bərpa ilə inteqrasiyanın məhdud xarici dəstək şəraitində daxili proses kimi həyata keçirilə biləcəyini sübut edir. Regionda iqtisadi qarşılıqlı asılılıq tədricən xarici təzyiqləri üstələməyə başlayır və Bakı bundan istifadə edərək eyni vaxtda bir neçə tərəf üçün faydalı olan layihələr təklif edir.
İ.Tsukermanın sözlərinə görə, ümumilikdə Cənubi Qafqaz daha böyük geosiyasi müstəqilliyə doğru irəliləyir və Azərbaycan bu prosesdə yalnız sabitləşdirici deyil, həm də təşəbbüskar rol oynayır, üstünlük əldə etməyə deyil, regional sistemin dayanıqlılığına can atır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:36
Bu xəbər 26 Dekabr 2025 05:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















