Alen Simonyana başqa vəzifə veriləcək? Təhlükəsizlik Şurası ləğv edilir
Bizim media portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Ermənistanın yeni Konstitusiya layihəsinə əsasən, Təhlükəsizlik Şurası artıq konstitusion qurum statusuna malik olmayacaq. Bununla belə, ölkədə təhlükəsizlik məsələləri üzrə müvafiq struktur fəaliyyətini davam etdirəcək.
Bizim.Media xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan noyabrın 19-da jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, yeni sistemdə təhlükəsizlik məsələləri üzrə baş müşavir vəzifəsinin yaradılması nəzərdə tutulur.
“Başqa bir işlə məşğul olacağımı istisna etmirəm. Bu, baş nazirin səlahiyyətində olan məsələdir. Müvafiq təklifi baş nazir etməlidir”, – deyə Simonyan bildirib.
Beləliklə, Simonyan yeni Konstitusiya qəbul ediləcəyi təqdirdə başqa vəzifədə çalışmasını istisna etməyib. Lakin Paşinyanın ona konkret vəzifə təklif edib-etməyəcəyi hələ məlum deyil.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:119
Bu xəbər 19 Noyabr 2026 12:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















