Paşinyan Alen Simonyana yüksək vəzifə verdi
Hurriyyet saytına istinadən Icma.az xəbər verir.
Alen Simonyan Ermənistan Təhlükəsizlik Şurasının yeni katibi təyin olunub. O, bu vəzifədə Armen Qriqoryanı əvəz edib.
Hurriyyet.Media xəbər verir ki, müvafiq sərəncamı Ermənistanın Baş naziri Nikol Paşinyan imzalayıb.
Daha əvvəl hökumətin iclasında çıxış edən Paşinyan Qriqoryanın həmin iclasda Təhlükəsizlik Şurasının katibi kimi sonuncu dəfə iştirak etdiyini bildirib. Qriqoryan bu vəzifəni təxminən 8 il tutub.
Təhlükəsizlik Şurasının katibinin dəyişdiriləcəyi barədə daha əvvəl Ermənistan mediası məlumat yayıb.
“Hraparak” qəzeti Paşinyanın Qriqoryanı yenidən bu vəzifəyə təyin etmək niyyətində olmadığını yazıb.
Daha sonra “MakaryanNews” nəşri bu postun iyunun 7-də keçirilən parlament seçkilərindən sonra vəzifəsiz qalan parlamentin keçmiş spikeri Alen Simonyana həvalə oluna biləcəyini bildirmişdi.
Beləliklə, Simonyanın Təhlükəsizlik Şurasının katibi təyin edilməsi ilə bağlı məlumat rəsmi şəkildə təsdiqlənib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:150
Bu xəbər 22 Avqust 2026 03:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















