Icma.az
close
up
RU
“Ali Attestasiya Komissiyası və Elmlər doktoru dərəcəsi ləğv olunmalıdır, çünki…” ŞOK TƏKLİF KONKRET

“Ali Attestasiya Komissiyası və Elmlər doktoru dərəcəsi ləğv olunmalıdır, çünki…” ŞOK TƏKLİF KONKRET

Icma.az, Konkret.az saytına istinadən bildirir.

“Elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli Azərbaycanda elmlər doktoru mərhələsinin əleyhinə olduğu barədə çıxış edib. Düşüncəmə görə, Nicat müəllimin bu fikiri geniş dəstək almalıdır. O qeyd edib ki, bu mərhələ Sovet elmindən bizə qalmış yadigardır: “Sovet elmi də bunu daha çox alman təhsil sistemindən götürüb. 1819-cu ildən sonra Rusiyanın bir neçə universitetində elmlər doktoru pilləsi təsdiq edilib və istifadə olunmağa başlayıb.” Nazir müşaviri tarixə ekskursiya edərkən bir sıra yanlışlıqlara yol verib”.

KONKRET.az xəbər verir bu fikirləri millət vəkili Etibar Əliyev səsləndirib:

“Gəlin Rusiya elminin formalaşması mərhələlərinə diqqət edək. Hər bir ölkənin Ali təhsil sisteminin formalaşması müəyyən hadisə və tarixlə bağlıdır. Rusiyada universitet yox, akademiyanın təsis edilməsi tarixi hadisədir. Akademiyanın layihəsi imperator I Pyotr tərəfindən işlənilib. Və bu qurum 1725-ci ildə yaradılıb. I Pyotr bu layihənin həyata keçməsi üçün Almaniyanın, Hollandiyanın universitetlərində olub və professorlardan məsləhətlər alıb. Peterbuq Akademiyasının dünyanın buna bənzər elm strukturlarından əsas fərqi ondan ibarət idi ki, Akademiya yaradılarkən Rusiyada Universitet, ibtidai və orta təhsil sistemi formalaşmamışdı. Yuxarıdan qərar belə verilmişdi. Akademiyanın yaradılması haqqında qərarı isə Rusiya imperatriçəsi Yekaterina imzalamışdı. Bu elmi təsisat tədqiqatlar üçün yaradılmışdı. İlk vaxtlar akademik vəzifəsinə xaricdən alimlər dəvət olunmağa başladı. Bu işdə Leonard Eyler, Danil Bernulli, Amper, Qey-Lyüssak, Höte, Kondorse, Laqranj və Didronin əməyi danılmazdır”.

Etibar Əliyev qeyd edib ki, 1750-ci ildə Akademiyanın müxbir üzvü statusu təsis edilib. Akademiyanın üzvləri məktəb reformaları, yeni təhsil müəssisələrinin açılması layihələrini işləməklə yanaşı həm də pedaqoji fəaliyyətlə məşğul olmağa başladılar.

“Onların əsas işləri sırasına dərsliklərin yazılması və tərcüməsi, elmi-populyar ədəbiyyatların tərcüməsi, jurnalların yaradılması da daxil idi. Akademiyanın təşəbbüsü ilə kitab köşkləri, kitabxanalar yaradıldı. Pyotrun xarici ölkələrə təhsil almağa göndərdiyi 8 tələbə geri qayıtdı və onlardan biri də Lomonosov idi. Beləliklə universitet yaratmaq zərurəti ortaya çıxdı. İlk tam formatlı universitet 1755-ci ildə yaradıldı. 1917-ci ildə Rusiyada 124 ali məktəbin 65-i dövlət, 59-u isə qeyri – dövlət ali məktəbləri olub. Humbolt modeli isə yaşayırdı. Təhsil akademik elmlə sıx əlaqədə idi. 1914-cü ildə Akademiyanın 38 həqiqi üzvünün 33 nəfəri ali məktəb professoru olub. Sankt-Peterburq universitetinin professorları (elmlər doktorları yox!) İvan Pavlov 1904-cü ildə və İlya Meçnikov 1908-ci ildə fiziologiya və tibb üzrə Nobel mükafatıan layiq görüldülər. Pavlovun bioqrafiyasında onun tibb üzrə elmlər doktoru dissertasiyanı müdafiə etməsi faktı var. Tibb üzrə Sovet elmlər doktorlarlarından bir nəfər də olsun fiziologiya və tibb üzrə Nobel mükafatı ala bilmədi.

Bəs Eynşteyn necə? Ona “Molekulların yeni ölçülərinin təyinatı” məqaləsinə görə doktorluq elmi dərəcəsi veriblər. Lev Landauya da bir məqləsinə görə elmlər doktoru dərəcəsi verilib. Əslində rəhmətlik Azad Mirzəcanzadə bu modeli tətbiq etmək istəyirdi, lakin bacarmadı”.

Millət vəkilinin sözlərinə görə, Azərbaycanda elmlər doktoru elmi dərəcəsi almadan professor, professor adını almadan isə akademik olmaq mümükün deyil:

“Bizim model tamam fərqlidir. Bir riyaziyyatçı alim 27 yaşında elmlər doktoru olması barədə hər yerdə fəxrlə danışır. Sonra onu Universitetlərin birinə rektor təyin edirlər. Universiteti yaman günə qoyur. Bəli doktorluq dərəcəsi vəzifəyə can atmaq üçün əsas motivasiyadır. İndinin sualı budur: “Doktorluq müdafiə etdinmi?” Məzhəkədir! İndiki doktorluq dissertasiyalarının mövzuları magistr dərəcəsi almaq üçün yazılan dissertasiyalardan çox da fərqlənmir. Elmlər doktoru elmi dərəcəsindən öncə Ali Attestasiya Komissiyası ləğv olunmalıdır. Elmi dərəcələri (magistr və PhD) indiki Qərb modelinə uyğun olaraq universtetlər verməlidir”.

Müşviq Tofiqoğlu

KONKRET.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:141
embedMənbə:https://konkret.az
archiveBu xəbər 29 Aprel 2025 12:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see367

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see255

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see223

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see202

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see184

Fevral ayı üçün namaz vaxtları TƏQVİM

31 Yanvar 2026 17:29see181

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see170

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see169

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see163

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see161

İsveçrədəki məhkəmə prosesi İtaliya ilə gərginliyə səbəb olub

30 Yanvar 2026 22:47see159

Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda növbəti təlim keçirilib

31 Yanvar 2026 16:15see158

Hikmət Hacıyev: Azərbaycan İrandakı vəziyyətlə bağlı ABŞ ilə müzakirə aparmayıb

30 Yanvar 2026 23:20see154

İqtisadiyyat Nazirliyində müdir, SOCAR da rəis müavini Həbs olunan dələduzun ŞOK VƏDLƏRİ

31 Yanvar 2026 17:28see149

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see148

İran XİN rəhbəri etirazlar zamanı 30 min nəfərin ölməsi ilə bağlı iddiaları təkzib edib

31 Yanvar 2026 12:22see146

Bakı Brüssel iqtisadi gündəliyi

31 Yanvar 2026 11:20see146

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see144

Ziya Məmmədov yeraltı biznesi geri qaytarır

31 Yanvar 2026 04:51see144

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri