“Ali İmran” MMC Təsərrüfat Birliyinə 5 min ədəd 72% lik sabun satacaq
Icma.az bildirir, Yeniavaz portalına istinadən.
Nizami Rayon Mənzil Kommunal Təsərrüfat Birliyi tərəfindən keçirilən tender müsabiqəsinin nəticəsi məlum olub.
Yeniavaz.com xəbər verir ki, tender müsabiqəsinin qalibi “Ali İmran” MMC (VÖEN – 1003915211) olub.
Tenderin qalibi olan şirkət Birliyə təsərrüfat maları satacaq və qarşılığında 109 min 318 manat 15 qəpik alacaq.
Qeyd edək ki, satın alınacaq mallar arasında 5 min ədəd 72%-lik qara sabun, zibil qabı, süpürgə, bel, lom, kuvlat olmaqla ümumilkdə 49 adda müxtəlif təsərrüfat malları olacaq.
Məlumat üçün bildirək ki, nizamnamə kapitalı 10 manat olan “Ali İmran” MMC 2015-ci ildə dövlət qeydiyyatına alınıb. Hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu Qədim İrəvani. ev 14-də yerləşən MMC-nin qanuni təmsliçisi Məlikov Elçin İmran oğludur.
Onu da qeyd edək ki, hazırda “Ali İmran” MMC-nin dövlət büdcəsinə vaxtında ödənilməyən 1 872 manat 91 qəpik vergi borcu da var.
Elnur Əli
Bu mövzuda digər xəbərlər:Bakı Metropoliteni qrunt sularını Yaşıllaşdırma Təsərrüfat Birliyinə satırmış
20 Fevral 2026 09:30
FHN “Ali İmran”dan 398 min manatlıq inventar alacaq
18 Dekabr 2025 12:02
Moskvalı mənzilində təsərrüfat yaradıbmış...
06 Noyabr 2025 23:47
Təsərrüfat sahibləri üçün yenilik
05 Noyabr 2026 20:35
Baxış sayı:133
Bu xəbər 14 Avqust 2026 13:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















