Icma.az
close
up
RU
Ali Məclisin Hüquq siyasəti komitəsinin iclası keçirilib

Ali Məclisin Hüquq siyasəti komitəsinin iclası keçirilib

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Naxçıvan, 5 may, AZƏRTAC

Mayın 5-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Hüquq siyasəti komitəsinin iclası keçirilib.

Ali Məclisin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, komitə sədri Əjdər Əliyev iclasın gündəliyinə “Naxçıvan Muxtar Respublikası Ali Məclisinin İntizam komissiyasının Əsasnaməsinin təsdiq edilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Qərar layihəsi, həmçinin “Naxçıvan Muxtar Respublikasının Vəkillər Kollegiyası haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” və “Publik hüquqi şəxslər haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Naxçıvan Muxtar Respublikasının Qanun layihələrinin müzakirəsinin daxil edildiyini deyib.

Əjdər Əliyev qeyd edib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin İntizam komissiyasının fəaliyyətinin və işinin təşkili məqsədilə Azərbaycan Respublikası Milli Məclisinin təcrübəsi əsasında komissiyanın əsasnaməsi hazırlanıb.

Ali Məclis Aparatının Qanunvericilik və hüquq məsələləri şöbəsinin müdiri Cəlil Rüstəmov qərar layihəsi haqqında məlumat verdikdən sonra müzakirə olunan məsələ ilə əlaqədar Hüquq siyasəti komitəsinin rəyi oxunub, “Naxçıvan Muxtar Respublikası Ali Məclisinin İntizam komissiyasının Əsasnaməsinin təsdiq edilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Qərar layihəsi Ali Məclisin iclasının gündəliyinə daxil edilmək üçün təqdim olunub.

Gündəlikdə duran digər məsələlərin müzakirəsi zamanı komitə sədri bildirib ki, təqdim olunmuş qanun layihələri həm birinci, həm də ikinci oxunuşda deputatlar tərəfindən dəstəklənib, hər hansı əlavə təklif və rəy bildirilməyib.

Sonda qanun layihələri ilə bağlı qərar qəbul edilib, qanun layihələri üçüncü oxunuşda baxılmaq məqsədilə yeddinci çağırış Ali Məclisin növbəti iclasının müzakirəsinə təqdim edilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:81
embedMənbə:https://azertag.az
archiveBu xəbər 05 May 2025 19:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see717

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see206

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see201

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see191

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see190

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see167

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see163

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see157

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see148

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see147

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see142

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see142

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see141

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see141

Fənərbaxça nı finala yüksəldən qələbə Video

07 Yanvar 2026 09:12see140

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see139

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see132

Mərkəzi Bank valyuta ehtiyatlarını açıqladı

07 Yanvar 2026 09:51see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri