Icma.az
close
up
RU
Ali Məclisin komitə iclasında 3 məsələ müzakirəyə çıxarılıb

Ali Məclisin komitə iclasında 3 məsələ müzakirəyə çıxarılıb

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Naxçıvan, 4 may, AZƏRTAC

Mayın 4-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Hüquq siyasəti komitəsinin növbəti iclası keçirilib.

Ali Məclisin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, komitə sədri Əjdər Əliyev iclasın gündəliyinə daxil edilən üçüncü oxunuşda olan “Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatının statusu haqqında” və “Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə etimad məsələsinin həll edilməsi hüququnun əlavə təminatları haqqında” Naxçıvan Muxtar Respublikasının qanun layihələri barədə məlumat verdikdən sonra, qanun layihələri Ali Məclisin plenar iclasının müzakirəsinə təqdim olunub.

İclasın gündəliyində duran sonuncu məsələ – birinci oxunuşda olan “Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə seçkilər haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Naxçıvan Muxtar Respublikasının qanun layihəsinin müzakirəsi zamanı komitə sədri bildirib ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən, qanunvericilik aktlarının “Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununa uyğunlaşdırılması tapşırılıb. Təqdim olunan layihə də məhz bu tələblərə uyğunlaşdırma məqsədi daşıyır.

Qanun layihəsi barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Qanunvericilik və hüquq məsələləri şöbəsinin müdiri Rahib Kərimov məlumat verdikdən sonra komitənin rəyi oxunub, qanun layihəsi birinci oxunuşda Ali Məclisin plenar iclasının müzakirəsinə təqdim olunub.

Müxbir- Nail Əsgərov

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:189
embedMənbə:https://azertag.az
archiveBu xəbər 04 May 2026 18:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see314

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see296

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see291

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see288

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see275

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see273

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see253

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see247

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see246

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see244

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see241

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see240

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see233

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see224

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see215

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see209

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see208

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see208

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see197

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri