Icma.az
close
up
RU
Ali Məhkəmə cəza çəkməkdən azad edilmiş şəxsə təkrar müavinətin təyin olunması üzrə mübahisəyə aydınlıq gətirdi

Ali Məhkəmə cəza çəkməkdən azad edilmiş şəxsə təkrar müavinətin təyin olunması üzrə mübahisəyə aydınlıq gətirdi

Pravda.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycan Respublikasının Ali Məhkəməsi vahid məhkəmə təcrübəsini müəyyən edən daha bir qərar qəbul edib.

İşin hallarına görə, iddiaçı Şirvan Şəhər Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 234.1-ci və 69.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 9 ay 27 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib, 10.02.2021-ci il tarixdən 08.10.2021-ci il tarixədək cəza müddətini çəkərək Qaradağ Rayon Məhkəməsinin 08.10.2021-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 1 ay 29 günü hissəsindən şərti olaraq vaxtından əvvəl azad olunub. Bununla əlaqədar iddiaçı 15.10.2021-ci il tarixdə ərizə ilə birdəfəlik müavinətin təyini ilə bağlı müraciət edib və cavabdeh tərəfindən ona 1000 manat məbləğində birdəfəlik müavinət təyin olunub. Daha sonra iddiaçı yenidən Şirvan Şəhər Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 1 il 7 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib, 26.03.2022-ci il tarixdən 04.08.2023-cü il tarixədək cəza müddətini çəkib Qaradağ Rayon Məhkəməsinin 04.08.2023-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş 2 ay 22 günü hissəsindən şərti olaraq vaxtından əvvəl azad olunub. Azadlığa çıxdıqdan sonra iddiaçı yenidən birdəfəlik müavinətin ödənilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etsə də, ona müavinətin artıq bir dəfə verildiyi əsas gətirilərək, imtina edilib.

Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ikinci dəfə azadlıqdan məhrum edilməsi ilə əlaqədar müavinətin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş edib. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia təmin edilib, iddiaçıya penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxs kimi sosial adaptasiyası məqsədilə minimum aylıq əmək haqqının dörd misli məbləğində birdəfəlik pul müavinətinin verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulub.

Cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etsə də, şikayət təmin edilməyib. Bundan sonra cavabdeh kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib.  Ali Məhkəmənin İnzibati kollegiyası cavabdehin şikayətini əsaslı hesab edərək iddianın rədd edilməsinə dair qərar çıxarıb.

Ali Məhkəmə özünün mövqeyini aşağıdakılarla əsaslandırıb.

Aşağı instansiya məhkəmələri iddia tələbini təmin edərkən ona istinad edib ki, “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Azərbaycan Respublikası Qanununda cəza çəkməkdən azad edilmiş şəxslərə sosial adaptasiya məqsədilə birdəfəlik pul müavinətinin təkrar təyin olunmasından imtina edilməsi barədə heç bir hüquqi norma yoxdur. Qeyd edilən məsələ ilə əlaqədar qanunvericilikdə aşkar norma olmasa belə, məhkəmə kollegiyası Azərbaycan Respublikasının Konstitusiyasında təsbit edilmiş vətəndaşların məsuliyyəti və vəzifələri ilə bağlı konstitusion normaları nəzərə alaraq, eləcə də adıçəkilən Qanunun sistematik təfsiri əsasında onun əsas məqsəd və prinsiplərini rəhbər tutaraq aşağı instansiya məhkəmələrinin hüquqi mövqeyi ilə razılaşmır. Belə ki, “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Azərbaycan Respublikası Qanununda cəza çəkməkdən azad edilmiş şəxslərə sosial adaptasiya məqsədilə birdəfəlik pul müavinətinin təkrar təyin olunmasından imtina edilməsi barədə aşkar normanın olmaması, Azərbaycan Respublikası Konstitusiyasında təsbit olunmuş vətəndaşların vəzifələrinə dair tələblərin yerinə yetirilməməsi vəziyyətləri mövcud olduqda belə, birdəfəlik müavinət almaq hüququnun təmin olunması ilə nəticələnməməlidir. Çünki vətəndaşların vəzifələri onların hüquq və azadlıqları ilə bilavasitə bağlıdır, ona görə də haqlı olaraq onlardan Konstitusiya və qanunlarla müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi gözlənilir, eləcə də həmin vəzifələrin yerinə yetirilməməsi müvafiq məsuliyyət doğurur.

İşin hallarından müəyyən olunur ki, iş üzrə iddiaçıya 26.10.2021-ci il tarixində birdəfəlik müavinət təyin olunaraq ödənilmiş, sosial adaptasiyada olduğu 1 il müddətində onun tərəfindən qəsdən cinayət törədilərək yenidən azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Qeyd olunan hal onu deməyə əsas verir ki, iş üzrə əvvəlki sosial adaptasiya tədbirinin həyata keçirilməsi ilə Qanunun güddüyü məqsədin reallaşması (sosial mühitə uyğunlaşmaq, şəxsə təsir göstərə bilən kriminogen amillərdən uzaqlaşmaq və yeni cinayətlərin törədilməməsi) faktı baş verməyib. Sosial adaptasiya tədbirlərinin güddüyü məqsədə nail olunmaması hazırkı halda birbaşa iddiaçının təqsirli hərəkətləri ilə bağlı olub. Belə ki, 1 illik sosial adaptasiya müddəti ərzində törədilmiş cinayət ehtiyatsızlıqdan deyil, qəsdən törədilmiş cinayət olub.

Cəza çəkməkdən azad edilmiş şəxs qeyd olunan Qanunun verdiyi hüquqlardan yararlanarkən, həm də Qanunun 9.3-cü maddəsində təsbit edilmiş üzərinə düşən vəzifə və öhdəliklərə də əməl etməlidir. Qanunun 9.3-cü maddəsi sosial adaptasiya müddətində cəza çəkməkdən azad edilmiş şəxsə öz vəzifələrinə əməl edilməsi və cəmiyyətdə qəbul olunmuş əxlaq normalarına riayət edilməsi tələblərini nəzərdə tutur. Başqa sözlə, sosial adaptasiya tədbirləri yalnız dövlət tərəfindən birtərəfli həyata keçirilməli tədbirləri deyil, məhz qarşılıqlı öhdəliklərin mövcud olduğu tədbirlər sistemini nəzərdə tutur. Həmin qarşılıqlı öhdəliklər çərçivəsində barəsində sosial adaptasiya tədbirləri tətbiq edilən şəxsdən də müvafiq qaydada davranış gözlənilir. Legitim olan həmin gözlənti minimal davranış qaydalarını da ehtiva edir. Ən azından sosial adaptasiya müddəti ərzində qəsdən yeni cinayətin törədilməməsi belə minimal davranışla əhatə olunur.

Bu mənada, iddiaçı Qanunun verdiyi bu birdəfəlik müavinət hüququndan yararlandıqdan sonra sosial adaptasiyada olduğu 1 il müddətində yenidən qəsdən cinayət törətdiyi üçün üzərinə düşən vəzifə və öhdəliklərə əməl etməyib, Konstitusiyanın və Qanunun tələblərini pozub. Beləliklə, cavabdeh inzibati orqanın imtinası qanunauyğun olub, kifayət qədər əsaslandırılmış və iddiaçının hüquqlarına qeyri-mütənasib müdaxilə vəziyyəti yaratmayıb.

Kollegiya onu da qeyd etməyi zəruri hesab edib ki, iş üzrə gəlinmiş nəticə mübahisə predmeti ilə əlaqəli şəkildə işin xüsusi halları nəzərə alınmaqla hazırkı halda iddiaçıya münasibətdə sosial adaptasiya tədbirlərindən biri kimi məhz birdəfəlik müavinətin ödənilməsindən imtinanın yolverilənliyinə qiymət verilməsi ilə bağlıdır. Bu mənada, sosial adaptasiya dövrü ərzində yenidən cinayətin törədilməsi faktının mövcudluğu, ümumiyyətlə bu kateqoriyaya aid şəxslərə münasibətdə “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Qanunda nəzərdə tutulmuş digər bütün sosial adaptasiya tədbirlərinin tətbiq edilməsindən imtina üçün də əsas yaradan hal kimi qiymətləndirilə bilməz. Əks yanaşma, penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin cəmiyyətə sosial adaptasiyası sahəsində tədbirlərin həyata keçirilməsini mümkünsüz edər, Qanunun əsas məqsədi ilə ziddiyyət yaratmış olardı.

Bununla yanaşı, gələcək oxşar işlərdə məhkəmələr hər dəfə konkret hansı sosial adaptasiya tədbirinin tətbiqi ilə bağlı mübahisə yarandığını, eləcə də hər bir işin xüsusi hallarını və yuxarıda qeyd olunmuş hüquqi mövqeləri nəzərə almaqla konkret sosial adaptasiya tədbirinin tətbiqindən imtina üçün əsasın mövcud olub-olmadığına qiymət verməlidirlər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:88
embedMənbə:https://pravda.az
archiveBu xəbər 11 Aprel 2025 10:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Musiqinin beyinə təsiri: Stressi cəmi 8 dəqiqəyə azaldan mahnı açıqlandı (VİDEO)

31 May 2025 20:03see208

İrəvan separatçıları və qanuni hədəfimiz

31 May 2025 09:09see177

Qurbanovdan sərt reaksiya: “Ən bərbad hakimlik idi”

31 May 2025 22:12see165

İran şahının sevimlisi olan Xalq artisti niyə yük maşınında qaçmışdı?

31 May 2025 09:00see141

Küsülü idilər, səhnədə barışıb evlilik təklif etdi VİDEO

31 May 2025 20:02see132

Sizi varlı göstərəcək 3 çanta modeli FOTO

31 May 2025 18:46see130

“Vəfa” yenidən səhnədə

01 İyun 2025 01:08see125

Hakimlik haqda nəsə demək istəmirəm Elvin Cəfərquliyev

31 May 2025 22:58see123

Kallas Rusiya ilə Çinin yaxınlaşmasını dövrümüzün ən böyük problemi adlandırıb

31 May 2025 12:34see122

KƏND HƏYATINDA UŞAQ SEVİNCİ... FOTOLAR

31 May 2025 23:11see121

Şəhərin mərkəzində atışma 2 ölü, 1 yaralı

01 İyun 2025 15:32see121

“OPEC+”un 8 ölkəsi iyulda hasilatı 411 min barel artırmaqla bağlı razılığa gəlib

31 May 2025 16:46see121

Miss Vorld 2025 in qalibi müəyyənləşdi Foto

31 May 2025 22:09see120

Mələksima Qumru quşu

01 İyun 2025 01:19see120

Abşeronda “təndirxana dələduzluğu”

31 May 2025 15:33see119

Gicitkəndən dondurma hazırlandı

31 May 2025 15:11see119

Barselona danışıqlarda irəlilədi

31 May 2025 19:01see119

NASA və Harvard qurban seçildi Tramp nəyi dəyişmək istəyir?

31 May 2025 22:36see118

Hikmət Hacıyev: 2020 ci ildən bəri təxminən 400 Azərbaycan vətəndaşı mina partlayışlarının qurbanı olub

31 May 2025 21:32see114

Tərtərdə qəza Bir ailənin 3 üzvü xəsarət aldı

31 May 2025 20:31see112
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri