Icma.az
close
up
RU
Ali Məhkəmə Plenumunun ötən ilin yekunlarına həsr olunmuş iclası keçirilib AZƏRTAC

Ali Məhkəmə Plenumunun ötən ilin yekunlarına həsr olunmuş iclası keçirilib AZƏRTAC

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 24 yanvar, AZƏRTAC

Yanvarın 24-də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun iclası keçirilib.

Ali Məhkəmənin mətbuat xiudmətindən AZƏRTAC-a verilən məlumata görə, iclasda çıxış edən Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov iclasın Ali Məhkəmənin birillik fəaliyyətinə həsr olunduğunu bildirib.

Ötən ilin dövlətimiz və xalqımız üçün kifayət qədər uğurlu olduğunu diqqətə çatdıran sədr qeyd edib ki, 2024-cü ildə ölkəmizdə mühüm siyasi hadisə - növbədənkənar Prezident seçkiləri keçirilib. Ədalətli, şəffaf, azad şəraitdə keçirilmiş seçkilərdə böyük vətəndaş həmrəyliyi ilə Müzəffər Ali Baş Komandan İlham Əliyevi yenidən ölkə Prezidenti seçilib. Bildirilib ki, ötən il ölkə başçısının rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərdə böyük bərpa quruculuğu işlərinin aparılması, 10 mindən artıq soydaşımızın öz torpaqlarına qayıtması və ölkəmizdə uğurla keçirilən COP29 beynəlxalq tədbirində əldə olunan böyük uğurlarla yadda qalıb. Dünyada baş verən mürəkkəb hadisələrə, böhranlara baxmayaraq, ölkəmizdə dayanıqlı inkişaf, sabitlik və təhlükəsizliyin təmin olunduğu vurğulanıb.

İclasda ötən ilin məhkəmə hakimiyyəti üçün kifayət qədər məhsuldar və səmərəli olduğu diqqətə çatdırılıb. Qeyd edilib ki, Ali Məhkəmə tərəfindən ədalət mühakiməsinin keyfiyyətinin artırılması, məhkəmələrdə hüquqi məsələlərin həllinə yanaşmanın sabitliyini təmin edilməsi məqsədilə ardıcıl tədbirlər görülüb.

Sədr Ali Məhkəmənin icraatında olan işlərə də toxunub. Diqqətə çatdırıb ki, Ali Məhkəmənin icraatında 2024-cü ildə 2023-cü ilə nisbətən 309 iş, yəni 2,2 faiz daha çox iş olub. Kollegiyalar üzrə olan statistika isə fərqlidir. Belə ki, Mülki kollegiyada 12,5 faiz azalma olsa da, Cinayət kollegiyasında 8,8, İnzibati kollegiyada 18,2, Kommersiya kollegiyasında 3,9 faiz artım var. İcraatda olmuş işlərin sayı ilə yanaşı, yekunlaşdırılan işlərin sayı 3,5 faiz artıb. Növbəti ilə qalıq keçən işlərin sayı isə 2,6 faiz azalıb.

İclasda məhkəmə-hüquq sistemində islahatlar və yeniliklərin bundan sonra da davam edəcəyi xüsusi vurğulanıb. Qeyd edilib ki, hazırda məhkəmələrdə iş yükünün optimallaşdırılması, vahid məhkəmə təcrübəsinin tətbiqinin genişləndirilməsi, işlərə çevik baxılmasının təşkili, bununla da vətəndaş məmnunluğunun artırılması xüsusi əhəmiyyət kəsb edir.

Sonra Ali Məhkəmənin kollegiyalarının ötən ildə görülmüş işlərlə bağlı geniş hesabatları dinlənilib.

Bildirilib ki, Mülki kollegiya üzrə 2024-cü ildə Ali Məhkəməyə, həmçinin əlavə kassasiya qaydasında Plenuma daxil olan işlərin sayında 2023-cü illə müqayisədə ciddi azalma müşahidə olunur. Mülki işlər üzrə ümumilikdə respublika məhkəmələrinə 215 min 338 iş daxil olub ki, bu da ötən dövrlə müqayisədə 2,7 faiz, apellyasiya şikayəti verilən işlərin sayı 22,4 faiz, kassasiya şikayəti verilən işlərin sayı isə 13,1 faiz azalıb. Yekunlaşmış işlərin sayı yüksəkdir və bu, 89 faiz təşkil edir. Eyni zamanda, təkrar baxılan və növbəti ilə keçən işlərin sayında da azalma müşahidə edilir. Birinci və apellyasiya instansiya məhkəmələrinin qərarlarının sabitlik göstəricisinin kifayət qədər yüksək olduğu qeyd edilib. Həmin halların təcrübənin vahidliyinin təmin olunması, müxtəlif instansiya məhkəmələrinin hakimləri arasında qurulmuş səmərəli dialoqun, habelə hakimlərin peşəkarlıq səviyyəsinin artmasından irəli gəldiyi vurğulanıb.

Qeyd edilib ki, 2024-cü il ərzində Cinayət kollegiyasının icraatında olmuş 3688 işdən 70,8 faizinə mahiyyəti üzrə baxılıb. Baxılmış 2611 işdən 84,2 faizində iş üzrə qərar dəyişdirilmədən saxlanılıb, 6,9 faiz iş üzrə qərar ləğv edilib, 8,9 faiz iş üzrə qərar dəyişdirilib.

Hesabat dövründə İnzibati kollegiyanın icraatında olmuş 4438 işdən 76,7 faizi yekunlaşdırılıb. Yekunlaşmış işlərdən 88 faiz işə mahiyyəti üzrə baxılıb, 8,8 faiz kassasiya şikayəti formal əsaslarla mümkün sayılmayıb, 2,9 faiz iş üzrə kassasiya icraatına xitam verilib. Baxılmış 2997 işdən 52,9 faizinin məhkəmə aktı dəyişdirilmədən saxlanılıb, 28,9 faizi kassasiya şikayəti mübahisələndirilən məhkəmə qərarının vahid məhkəmə təcrübəsinə uyğun hesab edildiyindən mümkün sayılmayıb, 17 faiz qərar ləğv edilib, 0,4 faiz iş üzrə icraata xitam verilib, 0,8 faiz qərar dəyişdirilib.

Kommersiya kollegiyasının icraatında isə 832 iş olub, onlardan 95,6 faiz iş kommersiya mübahisələri üzrə, 4,4 faiz iş xarici məhkəmələrin qətnamələrinin Azərbaycan Respublikasında tanınması və icrası ilə bağlı olub. İcraatda olmuş kommersiya mübahisələri ilə bağlı 795 işdən 68,2 faiz işə mahiyyət üzrə baxılıb. Baxılmış işlərdən 82,3 faiz işlə bağlı məhkəmə aktı dəyişdirilmədən saxlanılıb, 17,3 faiz iş üzrə məhkəmə aktı ləğv edilib, 0,4 faiz iş üzrə isə məhkəmə aktı dəyişdirilib.

Məruzələr ətrafında çıxış edənlər 2024-cü ildə kollegiyaların fəaliyyətində nəzərəçarpacaq keyfiyyət dəyişikliyi olduğunu qeyd ediblər.

İclasda, həmçinin məhkəmə işlərinin qanunvericiliyin tələblərinə ciddi riayət edilməklə baxılması, hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin təmin olunması xüsusilə vurğulanıb.

Daha sonra Plenumda Ali Məhkəmənin 2025-ci ilə dair iş planı təsdiq edilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:87
embedMənbə:https://azertag.az
archiveBu xəbər 24 Yanvar 2025 18:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri