Icma.az
close
up
RU
Ali Məhkəmə saxta pul hazırlamaqda ittiham olunan şəxslə bağlı qərar verib

Ali Məhkəmə saxta pul hazırlamaqda ittiham olunan şəxslə bağlı qərar verib

Apa.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan Respublikasının Ali Məhkəməsi daha bir əhəmiyyətli qərar qəbul edib.

Bu barədə APA-ya Ali Məhkəmənin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, işin hallarına görə, vətəndaş Bərdə şəhərində yerləşən evində beş ədəd 100 Azərbaycan manatı nominallı pul əskinasının təsviri olan, lakin üzərində “Etibarsızdır” yazısı olan, fiziki-kimyəvi, texnoloji və poliqrafik mühafizə vasitələri ilə təchiz olunmamış, Mərkəzi Bank tərəfindən tədavülə buraxılmış eyni nominallı pul əskinası ilə eynilik təşkil etməyən saxta pul hazırlayıb. O, “Etibarsızdır” yazısını mətbəx bıçağı ilə pozaraq, həmin saxta pulları satış məqsədilə hazırlayıb və sonradan İmişli rayonunda yerləşən “Mal bazarı”nda bu pulları satıcıya verərək, ondan 500 manat dəyərində iki baş quzu alıb.

Ona qarşı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 204.1-ci maddəsi (Satış məqsədi ilə saxta pul, qiymətli dövlət kağızları və ya xarici valyuta, yaxud xarici valyutada ifadə olunan qiymətli kağızları hazırlama, habelə əldə etmə və ya satma) ilə ittiham irəli sürülüb.

Aşağı instansiya məhkəmələri tərəfindən təqsirləndirilən şəxsin əməli dələduzluq kimi qiymətləndirilib, lakin zərər çəkmiş şəxsə vurulmuş zərərin 500 manatdan çox olmaması səbəbilə, Cinayət Prosessual Məcəlləsinin 42.1.2-ci maddəsinə əsasən əməlində dələduzluq cinayət tərkibinin olmamasına görə ona bəraət verilib.

Sonra dövlət ittihamçısı kassasiya protesti ilə Ali Məhkəməyə müraciət edərək, apellyasiya instansiya məhkəməsinin qərarının ləğv olunmasını və işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş edib.

Ali Məhkəmənin mövqeyinə görə, birinci instansiya məhkəməsi şəxsin əməlində saxta pul hazırlamaqla bağlı cinayət tərkibinin olmaması qənaətinə gəlib və bu, işin faktiki hallarına uyğun olmayan səhv qərardır. Apellyasiya instansiya məhkəməsi isə qanunsuz olaraq birinci instansiya məhkəməsinin bu mövqeyini əsaslı sayıb. İşin tam, hərtərəfli və obyektiv araşdırılması məqsədilə şahidin ifadəsinin alınması və ona veriləcək suallar əsasında ziddiyyətli məqamların aydınlaşdırılması üçün məhkəməyə dəvət edilməsi barədə apellyasiya məhkəməsində vəsatətlər verilsə də, bu vəsatətlər təmin olunmayıb və müvafiq hal araşdırılmayıb.

Məhkəmə kollegiyası qeyd edib ki, apellyasiya instansiyası məhkəməsi təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 204.1-ci maddəsi ilə bəraət verilməsi ilə bağlı yekun nəticəyə gələrkən, ibtidai araşdırma orqanı tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara düzgün istinad etməyib.

Kassasiya məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd edib ki, şəxsin bıçaqla 5 əskinas üzərində “etibarsızdır” yazısını silməsi iş materialları ilə sübut olunub. Ali Məhkəmənin Plenum Qərarında da qeyd edildiyi kimi, saxta pul yalnız o halda dələduzluq kimi qiymətləndirilə bilər ki, bu pul aşkar şəkildə əslindən fərqlənsin.

Aparılmış ekspert rəyində təqdim olunan pul əskinaslarının həqiqi əskinaslardan açıq-aşkar fərqləndiyi göstərilməyib və bu məsələnin ekspert tərəfindən deyil, məhkəmə tərəfindən hüquqi məsələ kimi həll edilməli olduğu vurğulanıb.

Cinayət işinin materiallarından və aşağı instansiya məhkəmələri tərəfindən araşdırılmış hallardan göründüyü kimi, təqsirləndirilən şəxsin saxta pul hazırlamaq niyyəti məhz məhdud şəxsləri aldatmaq məqsədi daşımayıb. Belə ki, o, bu əməllə ümumi satış niyyəti güdüb və qəsdini istənilən şəxsə yönəldə biləcəyi ehtimalı istisna olunmur. Yəni, işin hallarından şəxsin qəsdinin konkret olaraq məhdud şəxslər dairəsinə yönəlməsi müəyyən edilməyib. Bu cəhətlər isə aşağı instansiya məhkəmələri tərəfindən düzgün hüquqi qiymətləndirilməyib.

Məhkəmə kollegiyası hesab edib ki, yeni apellyasiya baxışı zamanı işin tam, hərtərəfli və obyektiv araşdırılması, iş üzrə düzgün nəticəyə gəlmək üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutlar Cinayət Prosessual Məcəlləsinə uyğun olaraq araşdırılmalı, sübutlar arasında olan ziddiyyətlər aradan qaldırılmalı, zərurət yarandıqda əlavə sübutlar da toplanmalı və bütün sübutlar mənsubiyyət, mötəbərlik və mümkünlük baxımından qiymətləndirilməklə iş üzrə qanuni və ədalətli qərar qəbul olunmalıdır.

Qeyd olunanlara əsasən, Ali Məhkəmənin Cinayət Kollegiyası kassasiya protestini təmin edib. Apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilib və cinayət işi həmin məhkəmədə yeni apellyasiya baxışına qaytarılıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:53
embedMənbə:https://apa.az
archiveBu xəbər 01 İyul 2025 15:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tramp çox ehtiyatlı davranır

15 Avqust 2025 20:52see284

STM Trampın vasitəçiliyi ilə Prezident İlham Əliyev və Ermənistan baş naziri arasında keçirilən görüşlə bağlı sorğu keçirib

16 Avqust 2025 09:55see144

Himalay dağlarında 50 dən çox insan həlak olub

15 Avqust 2025 09:55see140

Sabiq deputatdan Tibb Universitetində təhsil haqqının 2 min qaldırılmasına sərt reaksiya: Bu, kasıb istedadlı gənclərə qənim kəsilməkdir

14 Avqust 2025 15:19see135

İstanbul, Ankara, İzmir... Türkiyənin üç böyük şəhəri içməli su təhlükəsiylə üz üzə

15 Avqust 2025 12:46see132

Formula 1 də məktəblər bağlanacaq? RƏSMİ

14 Avqust 2025 13:49see132

Mən niyə sülh istəyirəm?!

14 Avqust 2025 18:18see130

Naxçıvanda AĞIR QƏZA Ölənlər var

15 Avqust 2025 00:49see130

Sağlam qaraciyər və bağırsağın sirri açıldı...

14 Avqust 2025 19:45see128

Qarabağ ın oyunundakı maskotla bağlı RƏSMİ AÇIQLAMA

14 Avqust 2025 16:33see127

Tramp dünyada sülh üçün hərbi bazaya gedir

15 Avqust 2025 04:20see126

Tanınmış rusiyalı bloqerə 100 milyon cərimə və səkkiz illik həbs

14 Avqust 2025 16:22see125

Exeed yeni Exlantix E05 krossoverini debüt etməyə hazırlaşır

14 Avqust 2025 23:37see124

Sabiq Qalatasaray lı yenidən Türkiyədə

14 Avqust 2025 20:14see123

Vuçiç: 300 nəfəri diri diri yandırmaq istədilər

15 Avqust 2025 10:59see123

La Liqadan A Seriyasına

15 Avqust 2025 15:34see123

Həyat yoldaşına görə sənəti tərk edən, harada yaşadığı bilinməyən Hicran Mehbalıyeva O, kimin tələbi ilə baş rola dəvət olundu?

14 Avqust 2025 20:26see123

Qayalıq ərazilərdə hava çox tez tez dəyişir, EHTİYATLI OLUN!

15 Avqust 2025 17:59see122

Belə olsa, Tramp zəif lider kimi görünəcək Herbst

15 Avqust 2025 17:11see121

Tramp Alyaskadan əvvəl yeni açıqlama verib...

15 Avqust 2025 18:06see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri