Icma.az
close
up
RU
Ali Məhkəmədən lizinq münasibətləri ilə bağlı MÜHÜM QƏRAR

Ali Məhkəmədən lizinq münasibətləri ilə bağlı MÜHÜM QƏRAR

Oxu.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyası lizinq müqaviləsi əsasında istifadə olunan avadanlığın məhv olması ilə bağlı mübahisəyə üzrə mühüm qərar qəbul edib. Qərarda göstərilib ki, lizinq predmetinin lizinq alanın iradəsindən və nəzarətindən kənar, obyektiv səbəblər, o cümlədən müharibə şəraiti nəticəsində məhv olduğu hallarda lizinq alan şəxs bu əmlak üçün lizinq ödənişlərini davam etdirmək öhdəliyini daşımır.

Oxu.Az xəbər verir ki, bu barədə Ali Məhkəmə məlumat yayıb.

Bildirilib ki, işin hallarına görə, iddiaçı birinci instansiya məhkəməsinə müraciət edərək, ASC ilə bağlanmış lizinq müqavilələri əsasında heyvandarlıq kompleksinə alınmış avadanlıqların İkinci Qarabağ müharibəsi zamanı atılmış mərmi nəticəsində tamamilə yararsız hala düşdüyünü bildirib və müharibənin başlandığı 27 sentyabr 2020-ci ildən sonra həmin əmlak üzrə hesablanmış lizinq ödənişlərinin ümumi öhdəliklərdən çıxılmasını tələb edib. İddiaçı lizinq predmetinin məhv olmasının cavabdeh ASC-nin əməkdaşları tərəfindən tərtib olunmuş inventarizasiya aktı ilə də təsdiqləndiyini əsas gətirib.

Məhkəmə iddianı rədd edərək bildirib ki, müqavilədə və qanunvericilikdə lizinq əmlakının lizinq alanın təqsiri olmadan məhv olmasına görə lizinq verənin məsuliyyəti nəzərdə tutulmur. Bundan başqa, məhkəmə qeyd edib ki, lizinq alan əmlakı sığortalatmaq üçün vaxtında müraciət etməli idi və bunu etmədiyi üçün riskləri özü daşımalıdır.

Apellyasiya instansiya məhkəməsi isə bu mövqe ilə razılaşmayaraq qərarı ləğv edib və iddianı təmin edib. Apellyasiya instansiyası qeyd edib ki, lizinq alanın müharibə şəraitində riskləri idarə etmək imkanının olmaması onun məsuliyyətini istisna edir.

Bundan sonra cavabdeh ASC Ali Məhkəməyə kassasiya şikayəti ilə müraciət edib.

Ali Məhkəmənin Kommersiya kollegiyası kassasiya şikayətinə baxaraq, apellyasiya instansiyasının qətnaməsini qüvvədə saxlayıb.

Ali Məhkəmə Mülki Məcəllənin 448.1, 448.4 və 748.7.1-ci maddələrinin birgə təhlilinə əsasən qeyd edib ki, lizinq alan yalnız onun nəzarət və iradəsi daxilində olan risklərə görə məsuliyyət daşıyır. Riskin idarə edilməsi üçün real imkanın olmadığı hallarda məsuliyyətin birmənalı şəkildə lizinq alana yüklənməsi hüquqa və ədalət prinsiplərinə ziddir. Qorunma tədbirləri yalnız lizinq alanın real və hüquqi imkanları daxilində olduqda tələb edilə bilər. Müharibə zamanı düşmən mərmilərinin atılması şəraiti belə tədbirlərin həyata keçirilməsini faktiki olaraq mümkünsüz edib. Əgər lizinq alan lizinq predmetini mühafizə edə bilməyibsə və bu, onun nəzarətindən kənar səbəblərlə baş veribsə, o zaman bu şəxsin öhdəliyin pozulmasında təqsirli sayılması hüquqa ziddir.

Ali Məhkəmə qəbul etdiyi qərarda həmçinin göstərib ki, tərəflər arasında bağlanmış lizinq müqavilələrinə əsasən, əmlakın sığortalanmasını lizinq alanın müraciəti əsasında lizinq verənin özü həyata keçirilməli idi. Bununla belə, nəzərə alınmalıdır ki, əmlak üzərində lizinq verənin mülkiyyət hüququ saxlandığından, sığortalamanı lizinq alanın müraciəti ilə şərtləndirmək əmlakın mülkiyyətçisi kimi lizinq verənin iqtisadi maraqları ilə uzlaşmır. Belə ki, sığorta ödənişindən məhz mülkiyyətçi olaraq lizinq verən faydalanacaqdır. Ona görə də lizinq alanın əmlakı sığortalamaq üçün lizinq verənə müraciət etmədiyi əsas gətirilərək iddianın rədd olunması tamamilə əsassız və ədalətsiz olardı.

Ali Məhkəmə xüsusi olaraq vurğulayıb ki, məhv olmuş və ya sıradan çıxmış əmlak üçün lizinq ödənişi tələb etmək, Mülki Məcəllənin 748.10.1-ci maddəsinə də zidd olmaqla, lizinq hüquqi institutunun təbiəti ilə uzlaşmır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:69
embedMənbə:https://oxu.az
archiveBu xəbər 26 Sentyabr 2025 16:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qusarın Laza kəndində təbii fəlakətlə bağlı vəziyyət stabilləşib FOTO

26 Sentyabr 2025 14:49see211

Bakı təhlükəsizlik məkanına çevrilir: “Azərbaycan nümunəsi dünya üçün çox əhəmiyyətlidir”

24 Sentyabr 2025 23:49see171

Pul gözlənilmədən gələcək: Sentyabrın sonuna qədər varlana biləcək BÜRCLƏR

25 Sentyabr 2025 00:05see155

Bakıda tanınmış şirkət bahalı maşınlarını ucuz qiymətə satışa çıxardı SİYAHI

24 Sentyabr 2025 19:02see149

“Rebuild Karabakh” Hakatonu Gələcəyin şəhərlərini birlikdə quraq!

25 Sentyabr 2025 11:53see142

Avropa Liqası: Fənərbaxça məğlub oldu günün nəticələri

25 Sentyabr 2025 01:02see134

Cənubi Koreyada iki il ərzində polisə 60 minə yaxın zəng edən şəxs həbs olundu

25 Sentyabr 2025 05:12see134

Torpaq sahəsi almaq istəyənlərin NƏZƏRİNƏ: Hərrac keçiriləcək

24 Sentyabr 2025 20:24see130

Qarabağ ın rəqibinin Çempionlar Liqası heyətində dəyişiklik ediləcək

24 Sentyabr 2025 21:50see129

Putinlə Mişustinin maaşı artdı

24 Sentyabr 2025 21:33see126

Yollar yenə tıxaclıdır Siyahı

25 Sentyabr 2025 09:03see124

“Mina təhdidi köçkünlərin təhlükəsiz qayıdışına əngəl törədir” Prezident

25 Sentyabr 2025 21:38see123

Yol vergisi alınacaq AÇIQLAMA

25 Sentyabr 2025 12:00see122

Ərdoğan Makronla görüşdü

24 Sentyabr 2025 22:00see120

Soyuqdəymə ilə qripi necə fərqləndirmək olar? AÇIQLAMA

25 Sentyabr 2025 04:05see120

Azərbaycanın şanlı və şərəfli tarixi ŞƏRH

25 Sentyabr 2025 19:03see118

Masterchef Türkiye də gərgin anlar Münsif iştirakçını efirdən qovdu

25 Sentyabr 2025 13:16see115

Xəzər sürətlə kiçilir, səbəbi iqlim dəyişikliyi deyil Əliyev

25 Sentyabr 2025 21:31see114

Ucuz taksilər insanlar üçün təhlükəlidir ŞOK AÇIQLAMA

26 Sentyabr 2025 07:09see113

Rusiya dronları Avropadakı “F 16“ və “F 35“ bazalarına da çatdı... “DR“

25 Sentyabr 2025 08:25see112
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri