İbrahim Borçalının xanımı oğlunun vəfatından DANIŞDI: 3 gün dəfn etməyə icazə vermədim VİDEO
Milli.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Müğənni İbrahim Borçalının həyat yoldaşı oğullarının faciəvi şəkildə dünyasını dəyişməsindən danışarkən duyğulu anlar yaşayıb.
Milli.Az xəbər verir ki, o, övlad itkisi ilə bağlı xatirələrini bölüşərkən göz yaşlarına hakim ola bilməyib.
İbrahim Borçalının xanımı oğlunu dəfn etməklə bağlı qərarı danışıb:
"Mən Rəhimi üç dəfə dəfn etməyə icazə vermədim. Onu son dəfə yola saldığımız gün dedim ki, o qədər varlığına, bizi gördüyünə inanıram ki, mənə bir işarə ver, səni görə bildiyimi hiss edim. Elə həmin an balaca bir kəpənək gəlib ətrafımda uçmağa başladı. Dedim ki, məni gördüyünə dair mesaj verdin. O gündən bu yana evimizdə kəpənək əskik olmur".
O, ən böyük arzularından birinin yarımçıq qaldığını da dilə gətirib:
"Ən böyük arzum onu bəy kostyumunda görmək idi..."
Xatırladaq ki, müğənni İbrahim Borçalının oğlu Rəhim 2020-ci ildə Gürcüstanın Marneuli rayonunun Şulaveri kəndində baş verən yol qəzası nəticəsində həyatını itirib.
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:89
Bu xəbər 27 Dekabr 2025 02:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















