Icma.az
close
up
RU
Ali Məhkəmədən xarici hökmlərin ölkəmizdə tanınmasına dair mühüm qərar

Ali Məhkəmədən xarici hökmlərin ölkəmizdə tanınmasına dair mühüm qərar

Icma.az, Unikal.az saytına istinadən bildirir.

Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası xarici hökmün tanınması ilə bağlı vahid məhkəmə təcrübəsini müəyyən edən qərar qəbul edib.

"Unikal" xəbər verir ki, Rusiya istintaq oraqanları tərəfindən irəli sürülmüş ittiham əsasən, şəxs 2007-ci il 11 avqust tarixində Rusiyanın Rostov vilayətində tanışı Y. Kovalevanın evinə qanunsuz daxil olaraq oğurluq etməyə cəhd edib. Hadisə zamanı onu görən qohum A. Nazarenkoya bıçaqla xəsarətlər yetirərək ölümünə səbəb olub. Rusiya istintaq orqanlarının məlumatına əsasən, hadisə yerindən götürülmüş barmaq izləri Abdullayevə məxsus olub və o, ilkin mərhələdə cinayəti etiraf edib.

Rusiya məhkəmələri işi şəxs barəsində qiyabi qaydada araşdıraraq onu 17 il azadlıqdan məhrumetmə cəzasına məhkum ediblər. Azərbaycanda həmin hökmün tanınması üçün edilən müraciətə isə apellyasiya instansiyası tərəfindən imtina verilib.

Sonradan Azərbaycan Respublikasının Ali Məhkəməsinə müraciət olunub.

Ali Məhkəmə qəbul etdiyi qərarda bildirib ki, xarici dövlətin qiyabi hökmünün tanınması məsələsinə yanaşmada əsas diqqət müdafiə hüquqlarının real təminatı və beynəlxalq standartlara uyğunluğun qiymətləndirilməsinə yönəlməlidir. Məhkəmə vurğulayıb ki, müxtəlif ölkələrin cinayət-prosessual qanunvericiliklərində qiyabi icraata fərqli yanaşmalar mövcud olsa da, bu fərqliliklər hökmün tanınmasından imtina üçün avtomatik əsas ola bilməz. Əsas meyar – şəxsin müdafiə imkanlarının reallaşdırılması üçün real şəraitin yaradılıb-yaradılmamasıdır.

Məhkəmənin mövqeyinə görə, müdafiəçinin formal iştirakının təmin edilməsi müdafiə hüququnun tam təmin edilməsi demək deyil. Müdafiə fəaliyyəti şəxsin prosessual hüquqlarının aktiv qorunmasını nəzərdə tutur. Bu baxımdan məhkəmə xüsusilə tərcümə təminatının olub-olmamasını, müdafiəçinin seçimi ilə bağlı şəffaflığı, ifadə və etirafların işgəncə və ya digər qanunsuz təsirlərlə əldə edilib-edilməməsinin araşdırılmasını, məhkəmə prosesini obyektiv əks etdirən protokolların və audio-video yazıların mövcudluğunu qiymətləndirməyin vacibliyini qeyd edib. Bu materiallar təqdim edilmədiyinə görə Ali Məhkəmə müdafiə hüquqlarının real təminatı barədə obyektiv qiymətləndirmə aparmağın mümkün olmadığı qənaətinə gəlib.

Məhkəmə həmçinin qiyabi hökmlərin beynəlxalq hüquq normalarındakı yerini təhlil edərək qeyd edib ki, qiyabi məhkumetmənin özü hüquq pozuntusu hesab edilmir. Beynəlxalq sənədlərdə ən mühüm təminatlardan biri şəxsin qiyabi hökmə qarşı etiraz imkanı və işin onun iştirakı ilə yenidən araşdırılması hüququnun mövcudluğudur. Bu səbəbdən xarici hökmün tanınması həmin təminatların mövcudluğu və təqdim olunan sübutların etibarlılığı prizmasından qiymətləndirilməlidir.

Ali Məhkəmə əlavə edib ki, hökmün Rusiya Federasiyasında kassasiya qaydasında mübahisələndirilməməsi onun tanınmasından imtina üçün əsas deyil, çünki hökm artıq apellyasiya instansiyasından keçərək qanuni qüvvəyə minib. Bununla yanaşı, məhkəmə qeyd edib ki, tanınma məsələsində əsas araşdırma yükü apellyasiya instansiyasının üzərinə düşür və bu məhkəmə iş üzrə tam, qərəzsiz və hərtərəfli məlumat toplamalı idi. Lakin tələb olunan materiallar Rusiya tərəfindən təqdim olunmadığı halda apellyasiya məhkəməsinin qərara gəlməsi tələsilmiş addım kimi qiymətləndirilib.

Göstərilən arqumentləri nəzərə alan Ali Məhkəmə belə nəticəyə gəlib ki, müdafiə hüquqlarının pozulub-pozulmadığının obyektiv qiymətləndirilməsi üçün zəruri sübutlar toplanmalı, Rusiyadan istintaq materiallarının tam həcmi, məhkəmə iclaslarının protokolları və əgər mövcuddursa, məhkəmə iclaslarının audio-video yazıları əldə olunmalı, işgəncə iddiaları araşdırılmalı və yalnız bundan sonra hökmün tanınması və ya tanınmadan imtina barədə əsaslandırılmış qərar verilməlidir. Bu səbəbdən Ali Məhkəmə apellyasiya məhkəməsinin qərarını ləğv edərək işi yenidən baxılması üçün həmin məhkəməyə qaytarıb.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:41
embedMənbə:https://unikal.az
archiveBu xəbər 21 Noyabr 2025 14:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see387

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

05 Yanvar 2026 09:19see224

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see201

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see188

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see177

ABB də xəbərdarlıqsız komissiya

05 Yanvar 2026 06:43see171

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see152

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

05 Yanvar 2026 22:54see147

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see142

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see141

Qarabağın turizm brendi süni reklamla yox, reallıqlar, təcrübə üzərindən yaradılmalıdır MÜSAHİBƏ

05 Yanvar 2026 18:50see141

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see140

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see134

Məni yandıracaqsan, yandır da Yanacaqdoldurma məntəqəsində baş verən faciənin TƏFƏRRÜATI

05 Yanvar 2026 20:26see132

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see130

İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını Milad bayramı münasibətilə təbrik edib

05 Yanvar 2026 16:10see130

Xətaidə yaşayış binalarının ümumi əmlakı mənimsənilib? RƏSMİ CAVAB

05 Yanvar 2026 18:50see130

Neftçi və Sumqayıt ın futbolçuları üçün Afrika Millətlər Kuboku başa çatdı

05 Yanvar 2026 23:13see130

Real n keçmiş futbolçusunun sevgilisi döyüldü

05 Yanvar 2026 01:23see126

Tramp: Venesuela əməliyyatı Çinlə münasibətləri pisləşdirməyəcək

05 Yanvar 2026 09:58see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri