Icma.az
close
up
RU
Dünya Bankının ölkəmizin qaz təsərrüfatına dəstəyi

Dünya Bankının ölkəmizin qaz təsərrüfatına dəstəyi

Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Dünya Bankı Azərbaycan Dövlət Neft Şirkətinin strukturuna daxil olan “Azəriqaz” İstehsalat Birliyinin qazpaylama şəbəkəsində qaz sızmalarının aşkarlanması və aradan qaldırılması mexanizminin yaradılmasına yönəldiləcək investisiya maliyyələşdirməsi layihəsini noyabrın 27-də təsdiqləməyi planlaşdırır.

Bankdan verilən məlumata görə, layihənin ümumi dəyəri 15 milyon ABŞ dollarına çatır. Əvvəlcə, layihənin bankın Direktorlar Şurası tərəfindən nəzərdən keçirilməsi aprelin 23-nə planlaşdırılırdısa, sonradan bu tarix avqustun 6-na dəyişdirilmişdi. Layihə Azərbaycanın bütün ərazisini əhatə edəcək. Onun icrasında maliyyə vasitəçilərinin iştirakı nəzərdə tutulmur. Təşəbbüsün məqsədi “Azəriqaz”ın istismar etdiyi qazpaylayıcı şəbəkədən metan emissiyalarının azaldılması, eləcə də şirkətin aktivlərin idarə edilməsi sahəsində potensialının gücləndirilməsidir.

Dünya Bankının qiymətləndirməsinə görə, “Azəriqaz” İB-nin mövcud qazpaylama infrastrukturun böyük hissəsi 50 ildən çox istismar edildiyindən tələblərə cavab vermir. Qurum köhnəlmiş infrastruktur səbəbindən nəzərəçarpan qaz sızmaları ilə üzləşir. Son araşdırmalara əsasən, sızmaların həcmi ildə, təxminən, 160 milyon kubmetr qaz təşkil edir. Bu isə 107 kiloton metan (CH₄) ekvivalentinə bərabərdir. Təhlillər göstərir ki, həcm baxımından bu sızmaların, təxminən, 80 faizi 7 il ərzində nisbətən sadə və iqtisadi cəhətdən səmərəli tədbirlər hesabına aradan qaldırıla bilər.

Bankın məlumatına əsasən, qlobal istiləşmə potensialı əmsalının 28-ə bərabər götürülməsi ilə layihənin icrası istixana qazı emissiyalarını ildə, təqribən, 2,4 milyon ton CO₂-ekvivalentinə qədər azaltmağa imkan verəcək.

Layihə çərçivəsində “Azəriqaz”ın qazpaylayıcı sistemində qaz sızmalarının müəyyənləşdirilməsi və aradan qaldırılması üzrə ixtisaslaşmış maliyyə mexanizmi yaradılacaq. O, “GFMR trest” fondundan əldə ediləcək ilkin qrant hesabına işə salınacaq. Qrantın alıcısı, eləcə də qrant və fond hesablarının sahibi SOCAR olacaq. “Azəriqaz” isə yeganə benefisiar və layihənin gündəlik icrası və idarə edilməsinə cavabdeh olan icraçı təşkilat olacaq.

“GFMR trest” fondu Dünya Bankı tərəfindən idarə olunan Məşəldə Qaz Yandırılmasının və Metan Emissiyalarının Azaldılması üzrə Qlobal Etimad Fondudur. Bu fond ilk dəfə 2023-cü ildə Birləşmiş Ərəb Əmirliklərində keçirilən COP28 iqlim konfransı çərçivəsində elan edilib. Dünyanın bir çox inkişaf etməkdə olan ölkələrində neft və qaz hasilatı zamanı yaranan ekoloji zərərləri minimuma endirmək məqsədi daşıyan fond yalnız inkişaf etməkdə olan ölkələrin hökumətlərinə və dövlətə məxsus neft-qaz şirkətlərinə qrantlar, texniki yardım və institusional dəstək formasında yardımlar ayırır.

Layihə çərçivəsində sızmaların aşkarlanması və təmiri üzrə razılaşdırılmış tədbirlərin həyata keçirilməsi üçün maliyyə vəsaitləri SOCAR-dan “Azəriqaz”a yönləndiriləcək. Bu isə metan emissiyalarını mərhələli şəkildə azaltmağa imkan verəcək. Layihə “Azəriqaz”ın Bakıda qaz sızmalarının baza xəttinin formalaşdırılması üzrə pilot proqramının təcrübəsinə əsaslanacaq.

Uzunmüddətli təsirin təmin edilməsi üçün mexanizmin əsas elementi qaz sızmalarının aradan qaldırılmasından sonra əldə olunan qənaət nəticəsində formalaşan maliyyə gəlirlərinin böyük hissəsinin yenidən fonda yönəldilməsi olacaq. Bu isə “Azəriqaz”ın aktivlərinin sonrakı bərpası üçün əlavə kapitalın səfərbər edilməsinə imkan verəcək.

Eyni zamanda, ilkin mərhələdə GFMR vəsaitləri, sonrakı mərhələdə isə fondun resursları şirkətin OGMP 2.0 standartına uyğun olaraq emissiyaların monitorinqi, hesabatlılığı və verifikasiyası sahəsində potensialının artırılmasına yönəldiləcək. Qeyd edək ki, OGMP 2.0 Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramının və İqlim və Təmiz Hava Koalisiyasının neft-qaz sektorunda metan emissiyalarının ölçülməsi, hesabatlılığı və azaldılması üçün təsis etdiyi qlobal və könüllü çərçivə standartıdır. Bu standartın əsas məqsədləri neft-qaz dəyər zəncirində metan emissiyaları barədə şəffaf və etibarlı məlumatların əldə olunması, emissiyaların təxmini rəqəmlər əsasında deyil, real ölçmələrə və texniki metodologiyalara əsaslanaraq hesablanması, eləcə də qlobal iqlim hədəflərinə nail olmaqdan ibarətdir.

Dünya Bankının qiymətləndirməsinə görə, qrant maliyyələşməsi “Azəriqaz”ın məhdud maliyyə imkanları səbəbindən digər hallarda həyata keçirilməsi mümkün olmayan tədbirlərin reallaşdırılmasına şərait yaradacaq və metan emissiyalarının azaldılmasını cari onillikdə təmin edəcək.

Mirbağır YAQUBZADƏ
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:144
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 03 Noyabr 2026 13:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see389

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see361

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see306

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see285

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see281

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see274

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see263

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see256

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see255

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see240

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see230

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see228

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see225

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see222

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see220

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see216

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see215

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see211

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see211

“PAŞA Sığorta”nın yeni mobil tətbiqi istifadəyə verilib

18 Noyabr 2026 12:12see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri