Icma.az
close
up
RU
Ali Məhkəmənin nümayəndə heyəti Qazaxıstanda səfərdədir

Ali Məhkəmənin nümayəndə heyəti Qazaxıstanda səfərdədir

Report.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan Ali Məhkəməsinin nümayəndə heyəti Qazaxıstandakı məhkəmə islahatları ilə tanış olmaq məqsədilə bu ölkədə səfərdədir.

“Report”un Qazaxıstan bürosunun məlumatına görə, Ali Məhkəmənin Mülki Kollegiyasının sədri Sənan Hacıyevin rəhbərlik etdiyi nümayəndə heyəti iş səfəri çərçivəsində bu ölkənin ali məhkəmə orqanını ziyarət edib.

"Bu, son üç ildə Azərbaycan hakimlərinin Astanaya üçüncü səfəridir. Səfərin məqsədi Qazaxıstan məhkəmələrində aparılan islahatların ətraflı öyrənilməsidir", - Qazaxıstan Ali Məhkəməsinin mətbuat xidmətindən bildirilib.

Məlumata görə, Qazaxıstan Ali Məhkəməsinin sədri Aslambek Merqaliyev qonaqlara əsas təşəbbüslər, o cümlədən inzibati ədliyyənin inkişafı, apellyasiyanın rolunun gücləndirilməsi, ailə məhkəmələrinin yaradılması, kassasiya baxışının təkmilləşdirilməsi və s. barədə məlumat verib.

Məhkəmələrin maliyyələşdirilməsinin yeni modelinin tətbiqi, hakimlərin peşəkar qiymətləndirilməsi metodologiyasının təkmilləşdirilməsi və məhkəmə icraatının rəqəmsallaşdırılması vasitəsilə hakimlərin müstəqilliyinin gücləndirilməsi məsələlərinə xüsusi diqqət yetirilib.

Azərbaycan nümayəndə heyəti, həmçinin respublika məhkəmələrinin fəaliyyətinin təhlili və monitorinqi ilə məşğul olan Qazaxıstan Ali Məhkəməsinin Situasiya Mərkəzinin imkanları ilə tanış olub. Qonaqlar Qazaxıstan məhkəmələrində tətbiq edilən süni intellekt elementləri və robotlaşdırma prosesləri olan İT xidmətlərinə xüsusi maraq göstəriblər.

Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti paytaxtın məhkəmələrinə, Astana Beynəlxalq Maliyyə Mərkəzinin Arbitraj Mərkəzinə və Qazaxıstanın Ali Məhkəmə Şurasına səfər etməyi planlaşdırır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:334
embedMənbə:https://report.az
archiveBu xəbər 19 Fevral 2025 10:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see295

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see291

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see276

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see271

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see269

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see269

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see263

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see257

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see255

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see245

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see235

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see231

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see230

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see228

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see222

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see216

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see215

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see212

Alimlər diabetin müalicəsi üçün yeni hədəf müəyyən edib

31 Oktyabr 2026 07:34see209

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see205
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri