Ali məktəblərə builki qəbul planı hazırdı? DİM CAVAB VERDİ
Modern.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Ali təhsil müəssisələrinə builki qəbul üzrə plan yerlərinin sayı yay aylarında açıqlanacaq.
Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.
Bildirilib ki, 2026/2027-ci tədris ili üzrə plan yerləri ilə bağlı rəqəmlər hələlik Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiqlənməyib. Plan yerlərinin yay aylarında məlum olacağı gözlənilir.
Qeyd olunub ki, plan yerləri ilkin olaraq ali təhsil müəssisələri tərəfindən təklif edilir və Elm və Təhsil Nazirliyinə təqdim olunur. Nazirliyin və digər aidiyyəti qurumların razılaşdırmasından sonra sənəd Nazirlər Kabinetinə göndərilir. Daha sonra plan yerləri Nazirlər Kabineti tərəfindən təsdiqlənərək Dövlət İmtahan Mərkəzinə təqdim olunur.
Məlumat üçün bildirək ki, plan yerləri təsdiqləndikdən sonra həmçinin bakalavriat və magistratura səviyyələri üzrə dövlət sifarişli və ödənişli yerlərin sayı, yeni ixtisaslar üzrə qəbula dair göstəricilər ictimaiyyətə açıqlanır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:125
Bu xəbər 03 Aprel 2026 15:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















