Icma.az
close
up
RU
Ali təhsil bahalaşır, amma keyfiyyət yetərli deyil Elçin Əfəndi

Ali təhsil bahalaşır, amma keyfiyyət yetərli deyil Elçin Əfəndi

Icma.az, Sherg.az portalına istinadən məlumat verir.

"Təhsil haqqını artırmaq üçün universitetlər tələbəyə "ideal imkan" təqdim etməlidir”

“İnfrastruktur və müəllim heyəti yoxdursa, təhsil haqqını artırmaq haqsızdır”

Ali təhsil müəssisələrində təhsil haqlarının artacağı gündəmə gəlib. Ümumi qiymət artımı fonunda, bəlkə də bunu normal, gözlənilən saymaq olar. Lakin məsələ ali təhsil müəssisəsi rəhbərliyinin təyin etdiyi, tələbə tərəfindən də ödənilən təhsil haqqının verilən tədrisə, yaradılmış şərait və imkanlara nə dərəcədə adekvat olmasıdır.

Təhsil haqlarının artımında yaşayış səviyyəsi və gündəlik tələbat əsas gətirilərək bildirilir ki, “bu halda universitet əməkdaşlarının, xüsusilə də müəllimlərin əməkhaqqı tələbləri də yüksəlir. Bu isə ali təhsil müəssisələrinin xərclərinə birbaşa təsir göstərir. Digər tərəfdən, ölkədə orta gəlirin və yaşayış minimumunun artması da müəllim və digər əməkdaşların daha yüksək əməkhaqqı gözləntilərini formalaşdırır. Universitetlər isə keyfiyyətli kadrları cəlb etmək və onları saxlamaq üçün daha rəqabətli əməkhaqqı təklif etməyə məcbur qalırlar (Milli.az)”.Təhsil haqlarının yüksəlməsinə həmçinin, infrastrukturun yenilənməsi, texniki imkanların artırılması, yeni texnologiyalardan istifadəyə əlçatanlığın təmin edilməsi əsas gətirilir. 

Təhsil məsələləri üzrə mütəxəssis Elçin Əfəndi “Sherg.az”a açıqlamasında qeyd etdi ki, ali təhsil müəssisələrində illik təhsil haqları bir neçə qurumun müzakirəsi əsasında, nəticə olaraq Nazirlər Kabinetinin qərarı ilə tənzimlənir: 

- Bizim hər zaman dediyimiz və istədiyimiz budur ki, illik təhsil haqları ailələrin büdcəsi nəzərə alınaraq müəyyənləşməlidir. Söhbət dövlət ali təhsil müəssisələrindən gedir. Özəl ali məktəblər istədikləri qyiməti təyin edir. Amma verdiyi təhsillə qiymət arasında böyük fərq olur. Təhsil haqqı yüksək, tədris keyfiyyəti isə aşağıdır. Təhsl haqqı o zaman artıra bilər ki tələbəyə ideal imkan yaradılmış olsun. İdeal imkan nədir, yəni, tələbə özünü həqiqi təhsil və tələbə mühitində hiss edir, yüksək ixtisaslı müəllim heyətindən dərs alır. Xarici ölkədə təcrübə keçmək, ixtisaslaşmaq imkanı yaradılır, bütün lazımi infastrukturdan ali məktəb daxilində yararlanmaq imkanı var, laboratoriyadan, kitabxanadan, yeməkxanadan, yataqxanadan istifadə edir, asudə vaxtını səmərəli keçirmk üçün idman zalı, əyləncə məkanı var, bütövlükdə kampus variantı mövcuddur. Və tələbə bundan maksimum faydalana bilir. Əgər bu imkanlar yaradılmırsa, bunları varmış kimi təqdim edib yüksək təhsil haqqı təyin etmək yanlışdır. Təhsil haqqı o zaman yüksələ bilər ki, məsələn, kommunal xidmətlərin qiymətində dəyişiklik olsun, elektrik enerjisi, internet qiymətləri artmış olsun. Bu, qiymət artımına səbəb ola bilər. lakin illik təhsil haqqı 3000 manat olan ali məktəb indiyədək bu məbləğə uyğun təhsil verməyibsə, indi təhsil haqqını 1000 manat da artırırsa, bu, doğru deyil. Çünki o, 4000 manatlıq təhsil vermir. Bəli, elə təhsil müəssisələrimiz var ki təhsil haqqı 5-6 mindir. Amma yüksək təhsil keyfiyyəti var. Yüksək akademik göstəricilərə sahibdir və sair. Təhsil haqları müəyyən infarstruktur formalaşdıqdan sonra, buna uyğun müəyyən edilməlidir. 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:168
embedMənbə:https://sherg.az
archiveBu xəbər 19 Mart 2026 17:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see433

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see409

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see320

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see307

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see274

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see274

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see266

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see261

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see258

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see250

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see249

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see231

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see216

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see214

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see210

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see206

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see206

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see201

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see199

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri