Icma.az
close
up
RU
Ali təhsilli fəhlə ordusu böyüyür ekspertlər xəbərdarlıq edir

Ali təhsilli fəhlə ordusu böyüyür ekspertlər xəbərdarlıq edir

Icma.az, Redaktor.az portalına istinadən məlumat verir.

Azərbaycanda son illər ümumi iqtisadi inkişaf müşahidə olunsa da, bölgələr üzrə bu inkişaf eyni templə getmir. Bir çox rayonlarda iş yerlərinin məhdudluğu, iqtisadi aktivliyin zəifləməsi və gənclər arasında işsizlik problemi aktual olaraq qalır.

Nəticədə, əhalinin, xüsusilə də gənclərin iş tapmaq məqsədilə Bakıya və iri şəhərlərə miqrasiyası davam edir. 

Rayonlarda işsizliyin aradan qaldırılması üçün ilk növbədə hansı addımlar atılmalıdır?

Mövzu ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin deputatı Vüqar Bayramov bildirdi ki, Bakı ilə bölgələr arasında iqtisadi fərqin aradan qaldırılması əsas prioritetlərdən biridir:

"Təbii ki, hazırda iqtisadiyyatda əsas dominant mövqeni Bakı şəhəri tutur. Bu, birbaşa onunla bağlıdır ki, neft sənayesi əsasən Bakıda cəmləşib. Eyni zamanda xidmət və digər sahələrdə alıcılıq qabiliyyəti daha yüksəkdir ki, bu da həmin sektorların inkişafını stimullaşdırır. Hətta Azərbaycana gələn turistlərin 80 faizindən çoxu yalnız Bakını seçir. Bu da Bakıda infrastrukturun və xidmət sektorunun daha inkişaf etmiş olması ilə bağlıdır. Bununla yanaşı, sənaye sahələrinin də böyük hissəsi Bakıda yerləşir və bu amil Bakının ümumi iqtisadi göstəricilərdə payına ciddi təsir göstərir".

Millət vəkili qeyd etdi ki, rayonlarla paytaxt arasında mövcud fərqin aradan qaldırılması dövlət siyasətinin əsas istiqamətlərindən biridir:

"Bu baxımdan həm dövlət proqramlarının icrası, həm də cənab prezidentin yeni təyin olunmuş bir neçə icra başçısı ilə görüşdə vurğuladığı kimi, bölgələrin inkişafına yönəlmiş konkret layihələrin və proqramların həyata keçirilməsi, eləcə də sərmayələrin cəlb olunması istiqamətində işlərin gücləndirilməsi olduqca vacibdir. Bu tapşırıqlar davamlı və dayanıqlı inkişafın təmin olunması, eləcə də iqtisadi inkişafda balansın qorunması baxımından xüsusi əhəmiyyət daşıyır. Məhz bu siyasətin nəticəsi olaraq mərhələli şəkildə bölgələrin iqtisadi payının artdığını müşahidə edirik. Bununla belə, hazırda Bakı hələ də öndədir. Paytaxt statusu, neft sənayesinin Bakı və ətrafında yerləşməsi, əhalinin əhəmiyyətli hissəsinin burada cəmləşməsi nəzərə alındıqda, Bakı müəyyən müddət ərzində iqtisadi inkişafda və dəyərin yaradılmasında aparıcı mövqeyini qoruyub saxlayacaq. Ancaq paralel olaraq, mərhələli şəkildə bölgələrin də iqtisadi çəkisinin artması davam edəcək".

İqtisadçı Günay Hüseynova isə bildirdi ki, işsizliyin əsas səbəblərindən biri təhsillə əmək bazarı arasındakı ciddi uyğunsuzluqdur:

""Ali təhsilli fəhlə” ordusunun sayı hər keçən gün artır. Statistikaya görə, vətəndaşların təxminən 85–90 faizi öz ixtisası üzrə çalışmır. Bunun əsas səbəbi təhsil sisteminin lazımlı və lazımsız, əksər hallarda sovet dövründən qalma, günün tələblərinə cavab verməyən kitab və materiallarla yüklənməsidir. Nəticədə əmək bazarında iqtisadi səmərə əldə edilmir. İş elanlarına diqqət yetirdikdə görürük ki, bir çox proqram və bacarıqlar tələb olunur. Bəs bu proqramların hansı orta məktəbdə, kollec və peşə məktəblərində, yaxud ali təhsil müəssisələrində tədris olunur? Demək olar ki, heç biri. Nəticədə dörd ilin sonunda yalnız bir diplom parçası və “təhsilli işsizlər ordusu” formalaşır. Üstəlik, hər ailənin də övladını düzgün istiqamətləndirəcək dünya görüşü və metodikası olmur".

İqtisadçı qeyd etdi ki, rayonlarda iş imkanları baxımından vəziyyət olduqca zəifdir:

"Belə bir şəraitdə həmin təhsilli şəxslər paytaxt Bakıya üz tutur və “ali təhsilli fəhlə” ordusu daha da genişlənir. Bu proses təbii olaraq mənzil bazarında qiymətlərin şişməsinə, ərzaq məhsullarının bahalaşmasına səbəb olur. Belə vəziyyətdə heç bir sahibkar istehsal müəssisəsini və ya filialını gedib rayonda qurmaq istəmir. Çünki rayonda kim alacaq və nə qədər məhsul satılacaq? İlk baxışda primitiv görünən bu səbəblər zəncirvari şəkildə bir-birinə təsir edir. Bu proseslərin fonunda ipoteka və kreditlər, güzəştli mənzil layihələri vəziyyəti daha da çıxılmaz hala salır və regionlardakı işsizliyi dolayı yolla artırır. Bəlkə də bu imkanlar olmasaydı, hər il artan qiymətlər fonunda bölgələrə qayıdaraq orada iş qurmaq istəyənlərin sayı daha çox olardı. Bakıdan sonra oxşar sıxlıq artıq Sumqayıtda müşahidə olunur. Kirayə və ümumi bahalaşma Sumqayıtda da pik həddə çatıb. Oradan da işsiz kütlə yenidən paytaxt Bakıya üz tutur".

Müsahibimizin fikrincə, bölgələrdə iqtisadi aktivliyin zəifləməsinin əsas səbəbi daha çox şəraitsizlik və çətinliklərlə bağlıdır:

"Elə kəndlər var ki, hələ də qazla təmin olunmayıb. İnsanlar ya odun yandırır, ya da el dili ilə desək, təzəkdən istifadə edir. Elektrik enerjisi saatlarla kəsilir, evlərdə isti su yoxdur, üstəlik işsizlik problemi də mövcuddur. Bu şəraitsizlik insanları məcbur edir ki, kənddə saray kimi evini qıfıllayıb şəhərdə 25–30 kvadratmetrlik “kibrit qutusu”nda bir ailə yaşasın".

İqtisadçının sözlərinə görə, rayonlarda işsizliyin aradan qaldırılması üçün ilk növbədə infrastruktur və yaşayış şəraiti lazımi səviyyəyə çatdırılmalıdır:

"Məsələn, niyə Amerikada və Avropada müəyyən yaşdan sonra orta yaşlı və yaşlı insanlar fermer təsərrüfatı və əkinçiliklə məşğul olur, bizdə isə əksinədir? Bizdə kənddə yaşayan insan belə yalnız özünə yetəcək qədər məhsul əkib-becərir. Amerikada və Avropada bu işləri texnika və müasir avadanlıqlar görür. Bizdə isə 60 yaşlı bir insan hələ də bel, kürək və dırmıqla işləməyə məcburdur. Avropa və Amerikanın kəndlərində asfalt yollar var, bizdə isə insanlar palçığa bata-bata mal-qaranı suvarmağa aparır. Təklif edirəm ki, ünvanlı sosial yardım məhz kənd və rayonlarda yaşayan əhaliyə verilsin, genişmiqyaslı infrastruktur layihələri hazırlanıb icra olunsun. Xarici investorlar ölkəyə cəlb edilərkən istehsal müəssisələrinin əsasən regionlarda qurulması təşviq edilsin".

Xədicə BAXIŞLI

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi" mövzusunda dərc olunub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:186
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 15 Yanvar 2026 19:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see324

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see321

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see314

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see282

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see277

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see269

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see264

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see260

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see258

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see251

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see232

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see231

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see230

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see228

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see225

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see222

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see220

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see217

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see213

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see210
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri