Ali təhsilli taksi sürücüsü, fəhlə... Universitet diplom verdiyi məzunun karyerasını, məşğulluğunu izləməlidir
Icma.az, Bizimyol portalına istinadən məlumat yayır.
Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, bu diplom dövlətin adından verilir və diplom dövlətin adından verilirsə, dövlətə hörmət edən universitet özünün adına da hörmət etməlidir.
İlqar Orucov
“İnsan təkcə biliklə uğur qazanmır. Həmçinin biliklə bərabər onun digər bacarıqları da lazım olur. Universitet birmənalı olaraq, hər şeyə cavabdeh ola bilməz. Məsələ budur ki, bizim əmək bazarına kadr transferi istiqamətində xeyli problemlərimiz mövcuddur.
Deyirik ki, bu məzun zəhmət çəkib özü öyrənərdi, çalışardı, oxuyardı. Yaxşı məzun oxumursa, niyə diplom verirsən? Bu diplomun aqibəti nədir? İşəgötürən deyir ki, bu diplom mənə yaramır. Deməli, universitet həmin diplomu verməməlidir”-deyən İlqar Orcuov vurğulayıb ki, demək istədiyi də budur.
Ekspertin fikrincə, universitetin məzunlarının işə qəbulu izlənilməlidir.
İradə Cəlil, Bizimyol.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:99
Bu xəbər 20 İyun 2025 16:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















