Ali Yerlikaya: Azərbaycanın Kahramanmaraşda tikdiyi evlərin hər birində qardaşlığın rəmzi, istiliyi var
Icma.az, Apa.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Bir az sonra Prezidentimiz Rəcəb Tayyib Ərdoğan və can Azərbaycanımızın Prezidenti İlham Əliyevin iştirakı ilə burada Azərbaycan məhəlləsində 250 mininci evin açarının təslimini həyata keçirəcəyik”.
APA-nın Kahramanmaraşa ezam olunan əməkdaşı xəbər verir ki, bunu Kahramanmaraşda “Azərbaycan” məhəlləsinin açılış mərasimində Türkiyənin daxili işlər naziri Ali Yerlikaya deyib.
O bildirib ki, millətləri millət edən ən böyük şey kədərli və sevincli günlərdə bir olmaqdır: “Xatirəmizdəndə də, ürəyimizdən də silə bilmədiyimiz 6 fevralda ən böyük zəlzələlərdən biri yaşandı. Övladlarımızla, sevdiklərimizlə sınandıq. Geridə qalanların əmanətlərinə sahib çıxdıq. Dünyanın ən böyük sağlamlaşdırma prosesini gerçəkləşdirdik. Zəlzələdən zərərçəkən vətəndaşlarımızın böyük əksəriyyəti öz evlərinə qovuşur. Bu gün can Azərbaycanın inşa etdiyi 1213 ev, 1782 iş yeri və 1 məktəbin açılışını həyata keçirəcəyik. Bu tikililərin hər birində can Azərbaycanla qardaşlığın rəmzi, istiliyi var”.
Ali Yerlikaya vurğulayıb ki, iki vətən, tək can olan qardaşlığın möhürü “Azərbaycan” məhəlləsidir: “Bizim üçün Qarabağ nədirsə, Azərbaycan üçün Kahramanmaraş odur. Acımız, sevincimiz birdir”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 19 İyun 2025 16:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















