Ali Yerlikaya sürücülərə xəbərdarlıq ETDİ
Icma.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Türkiyənin daxili işlər naziri Ali Yerlikaya, sürət həddinin aşılması və motosiklet sürücülərinin təhlükəsizlik avadanlığı olmadan yola çıxması barədə vətəndaşlara xəbərdarlıq edib.
Redaktor.az xəbər verir ki, nazir bu çağırışı təhlükəsizlik kamerası görüntüləri və qəza qurbanı olan Tuğçe Curca haqqında yayımladığı video vasitəsilə sosial media hesabından paylaşıb. Yerlikaya bildirib ki, 20 noyabr 2021-ci ildə baş verən qəza nəticəsində Curca ömürlük əlil arabasına məhkum olub.
Nazirin paylaşımında qeyd olunub:
"2024-cü ildə yol qəzalarında 6 min 351 vətəndaş həyatını itirib, 385 min 117 nəfər isə yaralanıb və ya əlil olub. Yol qəzalarının əsas səbəbi sürət həddinin aşılmasıdır. Lütfən, sürət həddini aşmayaq. Aşırı sürət – dönüşü olmayan yoldur".
Ali Yerlikaya həmçinin motosiklet sürücülərinə səslənərək, dəbilqə və qoruyucu geyimlər olmadan yola çıxmamağa çağırıb.
Nazir sonda Tuğçe Curcaya keçmiş olsun diləklərini çatdırıb və bu kimi hadisələrin təkrarlanmaması üçün hər kəsi yol hərəkəti qaydalarına riayət etməyə çağırıb.
Kənan YUSİF
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:54
Bu xəbər 05 İyun 2025 21:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















