“Fənərbağça” Çempionlar Liqasında 10 ildən sonra ilkə imza atacaq
Moderator.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
İstanbul klublarından “Fənərbağça” UEFA Çempionlar Liqasında ardıcıl üçüncü oyununa fərqli baş məşqçinin rəhbərliyi altında çıxacaq.
Moderator.az xəbər verir ki, İstanbul təmsilçisinin Çempionlar Liqasının əsas mərhələsinin V turunda “Şaxtyor”la keçirəcəyi görüş bu baxımdan xüsusi əhəmiyyət daşıyır.
Belə ki, “Fənərbağça” əvvəlcə İsmail Kartalın rəhbərliyi altında Praqa “Slaviya”sı ilə qarşılaşıb. Komanda növbəti matçına Dirk Kuytun başçılığı ilə “Liverpul”a qarşı çıxıb. İstanbul klubunun “Şaxtyor”la görüşündə isə yeni baş məşqçi Emre Belözoğlu komandanı meydana çıxaracaq.
Məlumata görə, oxşar vəziyyət 2016-cı ildə Zaqreb “Dinamo”sunda da yaşanıb. Həmin vaxt Xorvatiya təmsilçisi müxtəlif oyunlarda üç fərqli mütəxəssisin rəhbərliyi altında çıxış edib.
“Dinamo” 14 sentyabr 2016-cı ildə Zlatko Krançyarın rəhbərliyi ilə “Lion”a 0:3 hesabı ilə uduzub. Sentyabrın 27-də Jelko Sopiçin müvəqqəti baş məşqçi olduğu komanda “Yuventus”a 0:4, oktyabrın 18-də isə İvaylo Petevin rəhbərliyi altında “Sevilya”ya 0:1 hesabı ilə məğlub olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:85
Bu xəbər 24 Noyabr 2026 15:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















